Modern.az

Sabiq icra başçısı yeni vəzifəyə seçildi

Sabiq icra başçısı yeni vəzifəyə seçildi

Aktual

10 Noyabr 2019, 17:13

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov yeni vəzifəyə təyin olunub.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, o, bundan sonra Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsini tutacaq.

 

Sabiq məmur yeni vəzifəyə federasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərdə seçilib.

 

Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

 

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Bu ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?