Modern.az

\"Qarabağ\" milli çempionatda xal itirdi

\

10 Noyabr 2019, 20:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Modern.az  xəbər verir ki, turun son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.

"Qarabağ"la  "Zirə" komandası arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Beşinci dəqiqədə fransalı hücumçu Maqaye Qeye Ağdam təmsilçisini hesabda önə keçirib. 69-cu dəqiqədə isə Riçard Qadze "Zirə"nin bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" səfərdə "Sabah"ı məğlub edib - 3:1. İlk oyun günündə isə "Qəbələ" "Səbail"i 3:0, "Keşlə" "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır