Modern.az

Heydər Əliyev Mərkəzində \"Natiq\" ritm qrupunun konserti oldu - VİDEO

Heydər Əliyev Mərkəzində \

10 Noyabr 2019, 23:29

Bu gün Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun konserti olub.

Modern.az xəbər verir ki, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh", "Yaradılış", "Atəşgah" və digər kompozisiyalarını, eyni zamanda məhz bu konsert üçün hazırladığı yeni nömrələri təqdim edib.

İki saata yaxın davam edən konsert gözəl səhnə tərtibatı, rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı