Modern.az

İranda qan töküldü, Mirhüseyn Musəvinn yaxın qohumu öldürüldü

İranda qan töküldü, Mirhüseyn Musəvinn yaxın qohumu öldürüldü

Təhsil

27 Dekabr 2009, 23:45
Dekabrın 27-də İran təhlükəsizlik qüvvələri Tehranın mərkəzində qan töküb. Modern.az-ın BBC-yə istinadən yaydığı məlumata görə, İran polisi Aşura günü Tehranda dinc nümayişçilərə atəş açıb. Müxalifətə məxsus KİV-lər ən azı 5 nəfərin həlak olduğunu xəbər verib, 19 nəfər bədən xəsarəti aılb. Tehranda polislə toqquşmada müxalifətin lideri Mir Hüseyn Musəvinin bacısı oğlu Əli Musəvi də öldürülüb.
Toqquşma müxalifət liderlərinin öz tərəfdarlarını küçələrə çıxmağa səslədikdən sonra baş verib. Nümayişlərdə mindən artıq insan iştirak edib. İran rejiminin polis qüvvələri və təhlükəsizlik xidmətinin yüzlərcə əməkdaşı Tehrana yerdilib.  
Polis Aşura gününü qeyd edən şiələri Tehran meydanlarından qovmaq üçün əvvəlcə gözyaşardıcı qazdan istifadə edib. Bu nəticə vermədikdə isə odlu silah işə düşüb.
Hazırda Tehranda vəziyyət gərgin olaraq qalır.  Paytaxtın əsas küçə və meydanlarına nəzarət polisin əlindədir. Müxalifətin dinc nümayişlərinin genişmiqyaslı  aksiyaya çevrilməsinin qarşısını almaq üçün hakimiyyət havadan vertolyotlardan istifadə etmək qərarına gəlib.
Qeyd edək ki,  nüfuzlu din-siyasət xadimi Ayətullah Əli Möntəzirinin vəfatından sonra ölkədə vəziyyət xeyli gərginləşib. Müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarları  Aşura günündən hakimiyyətə qarşı növbəti etiraz səsini qaldırmaq məqsədi üçün istifadə etməyə çalışıb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı