Modern.az

Azərbaycan jurnalistləri qarabağlı ermənilərə müraciət etdilər

Azərbaycan jurnalistləri qarabağlı ermənilərə müraciət etdilər

Qarabağ

4 Mart 2012, 17:15

Martın 4-də Bakıdan bir qrup nümayəndə heyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edib. Bu barədə Modern.az-a səfərdə iştirak edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

O bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunan səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin üzvləri də iştirak edib.

Səfərə gedən nümayəndə heyətinə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov, Milli Məclisin deputatlar Fuad Muradov və Rövşən Rzayev, Parlament Jurnalistləri Birliyinin 15 üzvü daxildir.

Modern.az xəbər verir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvlərindən, deputatlardan və jurnalistlərdən ibarət nümayəndə heyəti Xocavənd rayonu ərazisində olublar.
Nümayəndə heyəti əvvəl Xocavənd Rayon İcra Hakimiyyətində olub. Sonra Xocavənd rayonu ərazisinə daxil olan Nərgiztəpə yüksəkliyindəki şəhidlər kompleksini ziyarət edib, onun önündə toplantı keçiriblər. Bu mərasimdə Xocavənd və Beyləqan rayon icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və İrşad Əliyev, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Xocavənd Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsinin rəisi Məhəmmədəli Bayramov da iştirak edib. Şəhidlər kompleksi önündə çıxış edən Bayram Səfərov və digər natiqlər Dağlıq Qarabağın işğaldan azad olunacağı günə çox qalmadığını vurğulayıblar.

Qeyd edək ki, Nərgiztəpə Dağlıq Qarabağ bölgəsinə daxil olsa da, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir, işğal olunmayıb.

Dağlıq Qarabağ bölgəsinin ərazisinə gedən Kütləvi İnformasiya Vasitələri nümayəndələri oradan erməni əsilli Azərbaycan Respublikası vətəndaşlarına müraciət ünvanlayıblar. Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qurumun beynəlxalq jurnalist təşkilatlarına, Dağlıq Qarabağın erməni əsilli sakinlərinə, eləcə də bölgədə çalışan jurnalistlərə müraciətini oxuyub. Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün dinc yolla bərpası üçün səy göstərmək çağırışı yer alır.

Modern.az
həmin müraciəti olduğu kimi təqdim edir:

- Dağlıq Qarabağda iyirmi ildən artıq davam edən  münaqişə özünün faciəvi izlərini yaddaşlarda qoyub. Baş vermiş hərbi əməliyyatlarda minlərlə insan həyatını itirib. 80-ci illərin sonlarında SSRİ rəhbərliyinin kobud siyasi səhvləri və erməni millətçilərinin xəstə arzuları Dağlıq Qarabağda birgə yaşamış xalqları fəlakətə düçar edib. Azərbaycan Respublikasinin vətəndaşları olan Qarabağ erməniləri separatçı liderlərin və onların xarici havadarlarının dəstəyi sayəsində dinc həyatlarını ititrərək 20 ildən artıqdır ki, qorxu və müharibə təhlükəsi altında yaşayırlar. Azərbayacan Respublikası münqişənin sülh yolu ilə həll edilməsi üçün aparılan danışıqlar prosesinə sadiqliyini dəfələlə sübut edərək Dağlıq Qarabağ erməniləri üçün təhlükəsizlik təminatı verdiyini ən yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyevin danışıqlar prosesində tutduğu prinsipial mövqenin nəticəsidir ki, dünya bu gün getdikcə Ermənistanın siyasi avantürasını daha aydın başa düşür.

Biz jurnalistlər hesab edirik ki, Qarabağ münaqişəsinin həlli üçün vacib olan məqamlardan biri qarşlıqlı etimad prosesinin yaradılmasıdır. Bunun üçün ilk növbədə Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının üzərinə böyük məsuliyyət düşür. Qorxudulmuş, ağır təhdidlər altında yaşayan sadə erməni xalqı getdikcə düşdüyü siyasi avantüranın ağır nəticələrini öz həyatında daha ciddi şəkildə hiss etməyə başlayıb. Kasıblıq, ağır sosial vəziyyət, daim avtomat lüləsi altında yaşamaq insana normal mühakimə yürütməyə və ağıllı nəticələr çıxarmağa imkan vermir. Amma fakt ortadadır: iqtisadi cəhətcə sürətlə inkişaf edən Azərbaycanın regionda lider ölkəyə çevrilməsi indi hamının təsdiq etdiyi bir həqiqətdir. Belə iqtisadi və firavan həyat Azərbayacan vətəndaşı olan siz ermənilər üçün əlçatmaz deyil.

Münaqişə bu torpaqlarda illərlə birgə yaşamış xalqları bir-birindən ayıraraq düşmən cəbhələrə bölüb. Sizin azərbaycanlı qonşularınız neçə illərdir ki, yaşadıqları evlərindən, doğma el-obalarından ayrı düşüblər. Bizim sıralarımızda Ermənistanın işğal altında saxladığı rayonlardan olan şəxslər də var. Öz doğma torpaqlarından qaçqın düşən bu jurnalistlərin bütün mal-mülkləri, evləri, torpaqları işğal altında olan rayonlarda qalıb.  

Biz Dağlıq Qarabağ ərazisinə gəlmiş azərbaycanlı jurnalistlər sizə müraciət edərək prblemin həlli üçün səylərinizi artırmağa çağırırıq. Sizə rəhbərlik etmək iddiasında olan başabəla millətçilərin şirin vədlərinə rəğmən acı reallıq göz önündədir. Onların bu vədləri sizin ailənizi, övladlarınızı uçurumun bir addımlığına gətirib çıxarıb. Bütün dünyadan təcrid olunaraq yaşamağı sizin üçün yeganə yol sayanların şirin vədlərinə aldanmayın. Öz taleyiniz sizin əlinzidədir. Ona sahib çıxmağı bacarın. Vətəndaşı olduğunuz Azərbaycan Respublikasının sizin təhlükəsiz və dinc yaşamağınızı, konstitusion huquqlarınızı təmin etmək üçün bütün imkanları var.

Dağlıq Qarabağın bir parçasında olan biz media nümayəndələri problemləri birgə müzakirə etmək və qarşılıqlı etimad limitinin əldə olunması üçün Xankəndinə gəlməyə hazırıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır