Arxiv
11 Noyabr 2019, 16:39 | AKTUAL
“Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR

Şəmkir rayonunda “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir qrup istixana sahibi ilə görüşüb.

 

"Azəriqaz"dan Modern.az-a daxil olan məlumata görə, görüşdə Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov da iştirak ediblər.

 

80-dən çox meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemləri dinlənilib. Qeyd edilib ki, hazırda “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan 132 böyük istixana sahibi qazla təmin olunur. Onlardan təkcə 111-i Şəmkir rayonunun payına düşür. 

 

Görüşdə çıxış edən sahibkarlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məslələrlə bağlı fikirlər səsləndiriblər. 

 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay ən azı bir dəfə görüş keçiriləcək. “Bu görüşlər əsasən mövsümü işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək. Sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək. Borclu sahibkarların qazı mövsüm boyu açılacaq. Lakin borc mübahisələri daha sonra qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək”.

 

R.Əliyev onu da əlavə edib ki, qazın satış qiyməti ilə bağlı məsələlər Birliyin səlahiyyət dairəsinə aid deyil, bu barədə qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. “Azəriqaz” İB abonentlərin keyfiyyətli və texnoloji rejimə uyğun təbii qazla təchizatını həyata keçirir. 

 

Görüşdə iştirak edən digər qurumların nümayəndələri də bir sıra məqamlara toxunublar. Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə qeydə alınan məsələlər barədə Baş Nazir Əli Əsədova və digər qurumlara rəsmi məktub hazırlandığını diqqətə çatdırıb.

 

Xatırladaq ki, Şəmkirdə fəaliyyət göstərən bir qrup istixana sahibi bu günlərdə sosial şəbəkələrdə bir sıra narazılıqları dilə gətirərək video material paylaşıb. “Azəriqaz” İB-i baş verənlərə dərhal reaksiya verərək, onlarla görüşmək təşəbbüsü ilə çıxış edib.


 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Novruz Məmmədov feysbuka QAYITDI - FOTO 9 Dekabr 2019, 16:59 Eks-prezident oğluna şirkət hədiyyə etdi 9 Dekabr 2019, 16:49 “Türk dövlətlərinin resursları birləşdirməsi zamanın tələbidir” - Elməddin Behbud 9 Dekabr 2019, 16:46 İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib 9 Dekabr 2019, 16:41 Naxçıvan Ali Məclisi də buraxıldı - Yeni seçki keçiriləcək - SƏRƏNCAM 9 Dekabr 2019, 16:36 Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü 9 Dekabr 2019, 16:36 İlham Əliyevdən 17 min 800 nəfəri sevindirəcək SƏRƏNCAM 9 Dekabr 2019, 16:22 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi 9 Dekabr 2019, 16:20 ADP bu namizədlərlə seçkiyə gedir - SİYAHI 9 Dekabr 2019, 16:18 Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI 9 Dekabr 2019, 16:06 Deputatdan cəbhə və sərhəd bölgəsinin əhalisi ilə bağlı vacib TƏKLİF 9 Dekabr 2019, 15:58 AMEA doktorantura və dissertanturaya qəbul elan edib 9 Dekabr 2019, 15:52 İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb 9 Dekabr 2019, 15:47 Azərbaycan Turizm Bürosu Çində mükafat qazandı 9 Dekabr 2019, 15:41 Türkiyədə bomba partladı - 2 nəfər öldü, 7-si yaralandı 9 Dekabr 2019, 15:36 Ermənistanın hərbi büdcəsi AÇIQLANDI 9 Dekabr 2019, 15:30 Hacıqabulda gənclərlə görüş keçirilib - FOTO 9 Dekabr 2019, 15:22 Azərbaycan Ordusunun komandir toplanışı keçirilib - FOTO 9 Dekabr 2019, 15:14 Fazil Məmmədovdan xəbər VAR 9 Dekabr 2019, 15:07 Azərbaycan və Rusiya arasında yeni sənədlər İMZALANDI 9 Dekabr 2019, 14:56 “Bu namizədlərin seçkilərdə uğur qazanması mümkün deyil” - Ekspert 9 Dekabr 2019, 14:53 Lavrov bu gün Trampla görüşəcək 9 Dekabr 2019, 14:50 BMU-da Heydər Əliyevin anım tədbiri keçirilib - Foto   9 Dekabr 2019, 14:45 Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar 9 Dekabr 2019, 14:40 Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü 9 Dekabr 2019, 14:32 İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB - FOTO 9 Dekabr 2019, 14:26 Rusiya bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı  - QADAĞA 9 Dekabr 2019, 14:25 “Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır- Fuat Bakışlı yazır...   9 Dekabr 2019, 14:17 Dünyanın ən gənc baş naziri seçildi - FOTO 9 Dekabr 2019, 14:10 Vulkan püskürdü, 5 nəfər öldü 9 Dekabr 2019, 14:00 Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar...  9 Dekabr 2019, 13:54 Dövlət Komitəsinin sədrindən qadınlara ÇAĞIRIŞ 9 Dekabr 2019, 13:52 Daha bir əcnəbi nümayəndə heyəti Qarabağa qanunsuz səfər etdi 9 Dekabr 2019, 13:51 Atası ilə ögey anası tərəfindən döyülən uşaqlarla bağlı - Rəsmi açıqlama 9 Dekabr 2019, 13:43 Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru danışdı: Avropa İnstitutları, Avropa parlamenti, yerli qurumlar... 9 Dekabr 2019, 13:39