Modern.az

Qarabağ söhbəti - Mirhəsən Seyidov: “Qazilərimiz ən yaxşı ideallarımızdır” 

Qarabağ söhbəti - Mirhəsən Seyidov: “Qazilərimiz ən yaxşı ideallarımızdır” 

12 Noyabr 2019, 09:45

Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahibimiz “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov olub.


- Mirhəsən bəy, “İrəli” İctimai Birliyinin sədri olaraq gənclərlə çalışırsız. Məhz “Qarabağ söhbəti”ni də gənclər aparılan iş üzərində qurmaq istərdim. Bugünkü gənclik Qarabağ probleminin həllini necə görür? Bu məsələdə gənclərin aktuallığı nə dərəcədə önəmlidir?

- Bu gün Azərbaycanda gənclik daha aktiv və dinamik kütlədir. Gəncliyin fikirləri nə qədər yenilikçi və müasir müasir çağırışlara cavab verən formatı özündə ehtiva edirsə, eyni qaydada Dağlıq Qarabağ və vətən anlayışında xalqını və millətini sevən obrazda çıxış edir. Gənclər bu gün Qarabağın müasir çağırışlara cavab verərək probleminin həll olunmasını bəlkə də orta və yaşlı nəsildən daha çox istəyir. Çünki bu insanların toxunmadığı bir şeydir. Mən gəncəm və Dağlıq Qarabağda olmamışam. İşğal altında olan torpaqlarda doğulmamışam, böyüməmişəm. Mənim üçün də Azərbaycanın işğal altında olan torpaqlarını görmək çox maraqlı, əhəmiyyətli və vacibdir. Hesab edirəm ki, bütün gənclər belə düşünür. Gənclərin müasir çağırışlara cavab verməsi Dağlıq Qarabağ məsələsinin həllini daha da tezləşdirəcək. Müxtəlif baxışları olan və müxtəlif sahələrdə çalışan insanlar fərqli sahələrdə olduğundan bir çox hədəfləri və problemləri var. Gənclər hədəflərə və arzulara çatmaq üçün onun üzərində dayanmadan çalışırlar. Kimi yaxşı alim, kimi yaxşı mədəniyyət işçisi, kimi də yaxşı mütəxəssis olmaq istəyir. Bizim gənclik ömrümüzün bir təcrübəsi var. O da ki, Qarabağı, ümummilli məsələ olan vətən anlayışını daha çox mənimsəyir və bu problemin daha tez formada həll edilməsini istəyirik. Məncə gənclik bunun üzərində dayanmadan çalışır.


- “İrəli” İctimai Birliyinin sədrisiz. Təşkilatınızda xeyli gənc toplaşıb. Güman ki bölgələrə səfərlər edən zaman gənclərlə görüşürsüz. Müxtəlif bölgələrdə yaşayan gənclər Qarabağ münaqişəsinin həllində hansı düşüncədədirlər?

- Bu məsələni 3 istiqamətə bölmək istərdim. Birinci nüans həmrəylik, ikinci nüans birlik, üçüncü nüans isə daxili istəyin daha tez  alovlanmasıdır. Məsələyə həmrəylik konteksindən baxsaq, görərik ki,  “İrəli” son 4 il ərzində Azərbaycanın 40-dək  regionunda müxtəlif səpkili hərbi-vətənpərvəlik, asudə vaxtların səmərli dəyərləndirilməsi və bir çox mövzularda çıxış edib. Ona görə də gənclərin məsələlərə münasibətini bilirik.
Həmrəylik mövzusunu götürək: 2016-cı ilin aprel döyüşlərinə qayıdaq. Mən də gəncəm. Mənim üçün də müasir Azərbaycanın müstəqillik tarixində belə həmrəylik və çağırış görünməz səviyyədə idi. 2016-cı ildə Azərbaycanın gəncləri arasında yüzlərlə, minlərlə könüllü vardı ki, onlar Azərbaycan hərbçisinə dəstək məqsədi üçün müharibəyə, təmas xəttinə yollanmaq istəyirdilər. Azərbaycanın müdafiəsi yolunda müxtəlif çağırışlar vardı. Kimi gedib rabitəçi ola biləcəyini, kimi  yemək təchizatına nəzarət edəcəyini, kimisi də tibb sahəsində sanitar kimi kömək edəcəyini deyirdi.



- Sizin təşkilatın gəncləri arasında Müdafiə Nazirliyinə müraciət edənlər olmuşdu?

- Tam səmimi olaraq deyim ki, bizim təşkilatın sıralarında olan gənclər arasından da bu tipli müraciət edənlər çox idi. Bizə demədən birbaşa Müdafiə Nazirliyinin “qaynar xətt”inə müraciət etmişdilər. “Əgər ehtiyac olarsa, sizi çağıracağıq” cavabını almışdılar. Hər bir gənc vətənin müdafiəsinə qoşulmağa hazır idi.
Bayaq dediyim kimi, üçüncü amil daxili istəyin daha da tez alovlanmasıdır. Burada kiminin həkim, kiminin hüquq müdafiəçisi, yaxud da hüquq-mühafizə orqanının əməkdaşı olması vacib faktor deyildi. Hamı eyni birlik şüarından çıxış edirdi. İnsanların arasında böyük həmrəlik yaranmışdı. Təmas xəttinə getdiyimizdə  birinci Qarabağ savaşında döyüşmüş qazilərimizi, döyüşçülərimizi görəndə onlar tərəfindən böyük çağırışa şahidlik edirdik. “Əgər nəyisə bilməsəz, sizə kömək etməyə hazırıq” çağırışını edirdilər. Eyni proses şəhidlərimizin dəfni zamanı müşayiət olunurdu. Hər kəs böyük birliklə, həmrəyliklə şəhidləri dəfn edirdi.
Eyni zamanda Azərbaycanın müdafiəsinə qalxanların özləri də gənc idilər. Bu gün müasir Azərbaycanın yaşının 25-dən çox olduğunu nəzərə alsaq, deməli, dövlətimizlə eyni yaşda olanların da sayı daha çoxdur. Bu o deməkdir ki, gənclərimiz Xocalı və 20 Yanvar kimi faciələri görməyib. Ona görə də aprel döyüşlərinin ilkin nümunəsi yeni yanaşma idi. Gənclik  4 günlük müharibədə bir olduğunu nümayiş etdirə bildi. Hesab edirəm ki, insanlarımız tutduğu mövqedən asılı olmayaraq, Qarabağ mövzusunda həmrəylik nümayiş etdirdi.


- Təşkilat rəhbəri olaraq Birinci Qarabağ savaşında döyüşmüş qazilərimiz, keçmiş döyüşçülərimizlə görüşlər keçirirsizmi? Çünki onların da belə görüşlərə ehtiyacı var.


- Maraqlı sualdır. “İrəli”  İctimai Birliyinin mpövcud yanaşma standartı var. 4 ildir ki, bu xətlə inkişaf edirik. Gəncləri daha çox 5 ulduzlu otellərə yox, cəbhə xəttinə, səngərlərdə keşik çəkən əsgərlərin yanına aparırıq. Gəncləri şan-şöhrətli məkanlarda toplamırıq. Gəncləri daha çox Olimpiya mərkəzlərinə, Gənclər evinə toplayırıq. Prezident İlham Əliyevin gənclər üçün müəyyənləşdirdiyi, dövlətin ana xəttində olan istiqamətlərə yönləndiririk. Gəncləri bağlı məkanlardan meşə məkanına çıxarırıq. Gənclərin silaha toxunmasına imkan yaradırıq. Hətta bu, hərbi çağırış müddətinə qədər olan gənclərə belə şamil olunur.
O ki qaldı qazilərimizə, onlar bizim gənclik üçün nümunədir. Sabah ideal axtarışında olsaq, qazilərimiz ən yaxşı ideallarımızdır. Çünki onlar uzun müddət həyatlarını hərbiyə həsr etmiş, hansısa missiyanın həyata keçirilməsi zamanı ömürlük  olaraq  bədən üzvlərindən birini itirmiş insanlardır.
“İrəli” İctimai Birliyinin hazırladığı  “Marş irəli” layihəsi var. Bu layihəyə oğlanlarla yanaşı, gənc xanımlar da qoşulur. İki dəfə bu layihəni həyata keçirmişik. Bir dəfə Ağdamın Quzanlı qəsəbəsində, bir dəfə də Goranboyun Ağcakənd adlı təmas xəttində... Hər zaman qazilərimizin gənclərlə görüşündə maraqlıyıq. Hərbi xidmətdə olan birisi kimi bildiyim bir çox nüansları qazilərimizin gənclərlə görüşündən öyrənmişəm. Əgər  təşkilat rəhbəri olaraq mən öyrənirəmsə, deməli, təşkilat üzvləri də nəsə öyrənir. Hesab edirəm ki, gənclik bu tendensiyanı qorumalıdır.
Bir hadisəni danışmaq istəyirəm: Aprel qazilərindən biri qızlar və oğlanların düşərgəmizdəki çadır şəraitində birgə yaşadığını nəzərdə tutaraq “Siz xanımsız, sizin hərbi-vətənpərvlik düşərgəsində nə işiniz var?”-deyə soruşmuşdu. Xanımlardan birinin cavabı çox maraqlı idi: “Gələcəkdə ailə quracağım insan da hərbçidir. Bir həftəliyə bu düşərgəyə qoşuldum ki, onun nə hisslər keçirdiyini bilim”.
O xanımın dediyi söz artıq auditoriyanı maarifləndirmişdi. Yeni qurulacaq ailələrin planlamasında belə hərbçi obrazının necə yüksək səviyyədə olduğunu görmək Azərbaycan gəncinin hansı düşüncədə olduğunu göstərir.



- İllərdir ki, BMT-nın Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnaməsi icra olunmur. Çünki dünyanı idarə edənlər insanlığa laqeyd yanaşırlar. Bir gənc olaraq Avropa Şurası, BMT, ATƏT kimi beynəlxalq təşkilatların tribunalarından Qarabağla bağlı necə çağırış edə bilərsiz? Başımıza gətirilən müsibətləri necə çatdıra bilərsiz?
Sizcə, gənclik insanlığa olan laqeydliyi xilas edə bilərmi?

- Bunu qətiyyətlə deyirəm ki, edə bilər. Hətta bunun üzərində çox böyük iş gedir. Birincisi, hər bir gəncin müasir dövrün tələblərinə cavab verməsinə daha çox maraqlıyam. Bu gün müasir dövrün tələblərinə cavab vermək heç də ingilis, rus dilini bilmək deyil. Müasir dövrün çağırışları o deməkdir ki, hər bir ölkənin mövcud dövlət siyasəti var. Azərbaycan da  istisna deyil. Azərbaycanın dövlət siyasətində uzun illər üçün planlaşdırılmış strategiya mövcuddur. Məsələn, bu yaxınlarda ölkəmizdə Qoşulmama Hərəkatının XVIII zirvə görüşü keçirildi. Bu tədbir Bakıda keçirilən zaman gənc olaraq bunun mahiyyətini öyrənməyə çalışdım. Cənab prezident İlham Əliyev Dağlıq Qarabağ həqiqətləri ilə bağlı bütün beynəlxalq platformalarda Azərbaycan dövlətinin mövqeyinin gücləndirilməsi üçün uzun müddətli strategiya müəyyənləşdirib. Biz Qoşulmama Hərəkatına 2010-2011-ci ildə start verməyə başlamışdıqsa, 8 ildən sonra sədrlik Azərbaycana keçdi.  8 il müddətində Qoşulmama Hərəkatının sədrliyi Azərbaycana keçənə qədər Dağlıq Qarabağla bağlı müxtəlif ölkələrdə keçirilmiş 4 fərqli qətnamə var. Bu, hər dəfə eyni qaydada bir sözün dəyişdirilməsinə hesablanıb. Biz ölkə olaraq bu il Qoşulmama Hərəkatı üzərində çalışmışıq. Biz bu il bir cümlədəki sözün dəyişdirilməsinə nail ola bilmişik. Gələn il daha qətiyyətli olacağıq. Qoşulmama Hərəkatı Ermənistan tərəfindən işğalçı siyasətin yürüdüldüyünə dair konkret faktlarla sübut olunan bir qətnamə qəbul etdi. Baxın, bu proses 8 il öncə başlamışdı. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması deyəndə bunu nəzərdə tutur. Gənclər bu faktları öyrənməlidir. Tez-tez deyirik ki, BMT-nin 4 qətnaməsi var və yerinə yetirilməyib. Gənclərə hər zaman yaxşı mənada təbliğ etməyə çalışırıq ki, BMT-nin 4 qətnaməsini mütləq açıb oxusunlar. BMT-nin qətnamələrində Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliyi Azərbaycan gənci  bilməlidir.


- Bəs bunu gənclərə tam olaraq aşılaya bilirikmi?

- Tam səmimi olaraq deyirəm ki, Dağlıq Qarabağ mövzusunda keçirilən bütün görüşlərin böyük əksəriyyəti zamanı gənclərə maariflənmək imkanı verilir. Bu yaxınlarda gənclərimizdən biri ruysiyalı telejurnalist Poznerə qarşı çox yaxşı çıxış etdi. Mətbuatda da bu hadisə geniş rezonans doğurdu. Bu çıxış onu göstərdi ki, Azərbaycan gənci diplomat olmaya bilər. Ancaq alt şüurunda olan savadı, biliyi bunu deməyə əsas verir ki, o, sabah hansısa problemli adamın qarşısında özünü ifadə edə biləcək. Hesab edirəm ki, müasir dövrün tələbi budur.


- Müasir dövrün tələbi dedikdə, sosial şəbəkələr də bura daxildir. Hətta dünya da bunun üzərində qərarlaşıb. İnformasiya müharibəsi həm də sosial şəbəkələr üzərində aparılır. Müharibə şəraitində yaşayan dövlətin gəncləri Tvitter, Facebook, İnstagram kimi sosial şəbəkələrdə sırf Qarabağ məsələsini necə təbliğ edir?

- Yaxşı sualdır. Bu gün çox az sayda adam Tvitter istifadəçisidir. Hesab edirəm ki, bu, gənclərin ağrılı yeridir. Çünki bütün dünya və onun siyasi liderləri Tvitter üzərindən yazırlar. Gənclərə tövsiyə edirik ki, təkcə Xocalı faciəsinin ildönümlərində, müxtəlif ağrılı günlərimizdə bu məsələdən danışılmamlıdır. Həmişə, adi günlərdə də bu məsələlər diqqətdə olmalıdır. İnstagram-a daxil olub Qarabağ haştaqı altında olan bütün paylaşımlara baxsanız, başa düşərsiniz ki, informasiya müharibəsini sürətləndirməyə ehtiyacımız var.


- Belə olan halda hədəfi düzgün müəyyənləşdirməliyik. Dünya sosial şəbəkələr vasitəsilə ovcumuzun içindədir.

- Əlbəttə, matəm gününün formatından çıxmaq məcburiyyətindəyik. Gənclərə deyirik ki, bu hadisələr 20 Yanvarda baş verib. Bugünkü Azərbaycan gəncliyinin müasir Azərbaycanın müstəqilliyi qədər yaş tarixi var. Gənclər 20 Yanvar hadisələrini, Xocalı faciəsini görməyib. Ancaq hadisələrin şahidlərini görüşə çağıranda onlar danışarkən elə bir vaxt olmayıb ki, gənclər qəhərlənməsin. Düşünürəm ki, sosial şəbəkə alətlərinin daha peşəkar formada istifadəsinə nail olmaq lazımdır. Bu platformalarda mütləq gənclər öz haqq səsini dünyaya çatdırmalıdır.



- Niyə görə gənclər lobbiçilik fəaliyyətində aktiv deyillər. Halbuki, Dağlıq Qarabağ münaqişəsinin həllində bunun da üstün tərəfləri var.

- Bu belə deyil. Gənclər bu kimi yerlərdə həm siyasi, həm də sosial mübarizə aparırlar. Azərbaycanla bağlı hansısa qətiyyətli mövqe olanda Azərbaycan gəncliyi bunun qarşısını çox ciddi formada alıb. Müxtəlif parlamentarilərə, müxtəlif dövlət rəsmilərinə bunu bildirib.


- Gənclərin beyni həm də ağ kağızdır. Onu ləkələmək, beyinləri çirkaba bulaşdırmaq daha asandır. Məsələn, bu gün xaricdə Ələkrəm Hümbətov kimi adamlar dövlətə, dövlətçiliyə qarşı xoş olmayan fikirlər səsləndirirlər. Bu cür hallarda gənclər necə davranış sərgiləməlidir? Sizcə emosional, yoxsa, sakit formada reaksiya verməlidirlər?

- Araşdırmaçı mövqeyinə və real informasiyaya toxunmaq çox vacibdir. Əgər gənclər faktları araşdırıb sonuna qədər getsələr, görəcəklər ki, Ələkrəm kimi adamlar öz xalqını, millətini çoxdan satıb.  Hətta, düşmən ölkədə nələrsə edirsə, buna xüsusi təşəbbüs göstərirsə, düşmənin kəşfiyyat orqaları ilə əlbir şəkildə işləyirsə, sabah onun verdiyi bəyanat Azərbaycan gəncliyinə maraqlı deyil. Bu gün Azərbaycan gəncliyi hiss edirsə ki, həmin adam mənim ölkəmdən hansısa formada düşmən ölkəyə çağırırsa, bu mümükünsüzdür. Çünki tarixi və onun arxasında nə olduğunu bilmək çox vacibdir. Gənclər bu gün müqayisə meyarının olduğunu görürsə, bu yaxşı haldır. 20 il bundan qabaq hansı vəziyyətdə idik, bu gün hansı vəziyyətdəyik?! 
“Bu gün problemlərimiz yoxdur” demirik. Bizim problemlərimiz var.  O problemlərin həllində gənclərin mövcud ictimai rəyi  və mövcud ictimai nəzarəti var. Bu ictimai nəzarət Azərbaycana və dövlət siyasətinə onu deməyə imkan verir ki, biz o problemləri müəyyən zaman boyunca həll etməyə çalışırıq. Gənclər görür ki, bu siyasi çağırışdır. Siyasət meydanında gənclərin ala biləcəyi rol yetərincə çoxdur. Eyni zamanda, lazımsız çağırışların fərqində olan insanlar da yetərincədir. Azərbaycan üçün vacib nüanslardan bir də Qərbin ölkəmiz üçün  ikili standartlar nümayiş etdirməsi ilə bağlıdır. Azərbaycan nə zaman beynəlxalq uğura imza atmağa çalışır, dərhal ölkəmizə qarşı ikili standarlar tətbiq olunur, təzyiqlər edilir. Bu da çox normaldır. Çünki Azərbaycanın asılı olacağı yol yoxdur. Azərbaycanın müstəqil siyasəti var. Bizi şərtləndirə biləcək bütün beynəlxalq uğurların hamısı prezident İlham Əliyevin iradəsi ilə Dağlıq Qarabağ probleminin həllinə yönəlib.


- Son vaxtlarda müxalif düşərgədə də xoş olmayan məsələlər baş verir. Təbii, hər kəs fikirlərində azaddır və nəyəsə qarşı müxalif mövqedən çıxış edə bilər. Ancaq ölkəni parçalamaq, onu bölməyə hesablanmaq varsa, reaksiya da sərt olmalıdır. Gənclər bu məsələlərdə nə düşünür?

- Baş verən proseslərin hamısını çox yaxından izləyirik. Bu sadəcə sosial şəbəkələrin yaratdığı gücdür. Sosial şəbəkələrdə yaradılmış bu güc vasitəsilə Azərbaycan cəmiyyətinin fikrini yönləndirməyə çalışırlar. Əgər bu neqativ proseslərə baxan şəxslərin 20%-i onların cəbhəsində olan insanlardırsa, 80%-i “baxım görüm bu insanlar nə danışır?” deyənlərdir. Reallıqda isə bu gün sosial şəbəkədə olan insanların böyük əksəriyyətini proseslərdə görmürük. Say indiqatorları ilə oynamaq istəmirəm. Sizə açıq statistika deyəcəm. Bakı əhalisinin sayını bu kimi çağırışlara gedən insanların fonunda hesablasanız, görəcəksiz ki, bu say 0,5% -dən yuxarı deyil. Hesab edirəm ki, gənclər üçün siyasi alət obrazı olmaq məsələsi gedib. Biz o dövrü keçmişik. Bayaq dediniz ki, gənclərin beyni ağ vərəqdir, tez ləkə götürür. Bu artıq informasiya bolluğunda olan gəncə şamil olunacaq məsələ deyil. İnformasiya bolluğunda olan insanın ağı qaradan seçmək kimi imkanı var. Bu gün siyasi çağırışlar meydanında Azərbaycan gəncliyinə çağırış edən insanların hamısı Dağlıq Qarabağın itirilməsini şərtləndirən insanlar olublar. Bu insanların məkrli siyasətlərinin altında nə durduğunu çox yaxşı bilirik. “Torqovı”da Qarabağa azadlıq istəyən adamı heç də məntiqli hesab etmirəm. Əgər Dağlıq Qarabağı şərtləndirmək istəyirsənsə, öz sahəndə daha da uğurlu olmağa çalış. Davamlı beynəlxalq rəqabətin nə olduğunu öyrənməyə çalış. Bu kimi adamların apardığı yanaşma sadəcə müəyyən kəsim insanların idarə olunmasına gətirib çıxarır. Təbii, sosial problemləri olan insanlarımız da var. Biz demirik ki, o problemlər tam olaraq həll olunub.


- Prezident də son çıxışlarında bütün sahələrdə gəncləşmənin lehinə çıxış edib. Siz necə düşünürsüz? Hər sahədə gəncləşmə olmalıdırmı?

- Bir ildə 7 dəfə gənclərlə görüşən dövlət başçısı çox azdır. Bu il 2 fevral gənclər günündə dövlət başçısı  çox yaxşı bir məqamı qeyd etdi: “Çox istərdim ki, bu gün Azərbaycan gəncliyi milli adət-ənənələrinə sahib çıxsın və vətənpərvər, elmli savadlı olsun”. Sizcə, bu nə deməkdir?


- Hər halda,  dövlətin mövcudluğu deməkdir.

- Bitdi. Hesab edirəm ki, bu mövzu  işi və  yaradıcılıqla məşğul olan insanlara lazımsız çağırışların heç bir təsiri yoxdur. Tam səmimi deyim ki, gənclik bizim danışdığımız Qarabağ mövzusunda ağılla mövqe nümayiş etdirməyə çalışır. Fikirləşirəm ki, bu gün Dağlıq Qarabağı daha çox şərtləndirənlərdənəm. Tvitterdə Azərbaycana qarşı qərəzli çıxış edən şəxsə bəyanatla cavab verə bilərəm. Hesab edirəm ki, bu zaman Azərbaycan üçün daha çox nələrsə etmiş, Qarabağ probleminin həllini tezləşdirmiş olacam. Yenə də təkrar edirəm. Sosial dövrün tələbləri və sosial şəbəkələrin yeni tendensiv  gedişatları var ki gənclər bunu yaxından öyrənməlidirlər.


- Dövlət başçısı son çıxışlarında bir çox sahələrdə gəncləşmənin əhəmiyyətindən söz açıb. Hətta, cənab prezidentin çıxışından sonra bir neçə yaşlı məmur vəzifələrindən istefa verdi. Maraqlıdır, sizin gənc olaraq məsələyə münasibətiniz necədir?

- Cənab prezidentin gəncləşmə siyasəti ilə bağlı verdiyi qərar çox doğrudur. Çünki cənab prezident sonrakı çıxışlarında bu qərarın açıqlamasını verdi. Gənclərin dinamikası, müasir dünyagörüşünün olması hansısa işin daha tez formada həyata keçirilməsi və dünyanın tələblərinə cavab verə bilməsi bir çox problemlərin həllinə yardımçı ola bilər. Bu məsələnin birinci tərəfidir.
Cənab prezident daha sonra yeni başladılan bir kampaniyanı nəzərdə tutaraq başqa bir açıqlama da verdi. Burada tendensiv birləşim  olmalıdır. Gənc nəslin dinamikası artıq bu sahədə çalışmış yaşlı nəslin insanlarının təcrübəsi. Bəzən biz bu təcrübədən kənarda qalmaq istəyirik. Amma dövlət idarəçiliyində, müxtəlif strukturlarda gənclərin enerjisi, dinamikası, biliyi, savadı, müasir düşüncəsi nə qədər yaxşıdırsa, bir o qədər də təcrübənin olması vacibdir. Bəzən dünya təcrübəsində ali təhsili olmayan insanların uğura çatdığını. Uğurlu insanların həyat hekayəsinə baxdığımız zaman hamısının A addımından başladığını görürük. Məhz bu səbəbdən də hesab edirəm ki, gənc nəslin dinamikası çox vacibdir. Eyni zamanda, yaşlı nəslin də təcrübəsi öyrənilməlidir.
Köhnə nəslin təcrübəsinin öyrənilməsi yeni inkişaf meyarı yarada bilir.

- Qarabağ məsələsinin həll varinatını gənc olaraq nədə görürsüz?

- Gənc nəsil Qarabağ problemini necə həll edə bilər... Burada çox maraqlı nüans var. Azərbaycan gəncliyinin təmsil olunduğu müxtəlif beynəlxalq platformalar var. Bu yaxınlarda Türkdilli Ölkələrin Gənclər Platformasının qurulması və Qoşulmama Hərəkatının Gənclər Sammiti Bakıda keçirildi. Eynisilə bu kimi platformalarda olan bizim müxtəlif gənclər təşkilatlarımız var. Hesab edirəm ki, gənclər müasir çağırışların alətlərini bu kimi yerlərdə istifadə etməlidir. Əgər mən 500 nəfər insanla bu haqda müzakirə aparıramsa, onların sabah ölkəmə gəlişini təmin edirəmsə, onları cəbhə bölgəsinə aparıb Azərbaycan insanının hansı vəziyyətdə yaşadığını, Azərbaycana qarşı hər gün terror cəhdinin, silahlı insidentin  olduğunu göstərirəmsə, avtomatik olaraq o adamın ümumi meyarlardan çıxış etməsi çox normaldır. O Azərbaycan reallığına toxunmuş biridir və bunu biləcək. Hesab edirəm ki, bu gün müasir dövrün çağırışlarına çox ciddi formada cavab verməliyik. Çünki sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Səhərləri də sosial şəbəkələrlə açırıq, axşamları da sosial şəbəkələri izləmədən yatmırıq. Hətta ən vacib informasiyaları belə sosial şəbəkələr vasitəsilə əldə edirik. Biz bu gün çıxıb desək ki, Dağlıq Qarabağ  problemi uzun illərdir həll olunmur, açıq etiraf edim ki, bu sözlər xaricdən gələn dostuma maraqlı olmayacaq. Ancaq biz onu hansısa mədəniyyət gecəsində Qarabağa həsr olunmuş materialla tanış etsək, daha effektiv olar. Qarabağın hər qarışı ilə bağlı informasiyanı getdiyimiz ölkələrdə yaya bilməyimiz çox vacibdir. Hansısa gəncin müxtəlif platformada Dağlıq Qarabağ çağırışlarını eşitsəm, açıq deyim, o mənə səmimi gəlməyəcək. Çünki o platformanın məqsədi başqadır. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etmək və Qarabağla bağlı bəyanatı dəyişdirib müəyyən səviyyəyə gətirmək üçün 8 il güclənməyə çalışdı. Bütün bunlar onu deməyə əsas verir ki, müasir dünya çağırışları gənclərin gözü ilə öyrənilir.

- Belə iddialar var ki, xaricdəki bəzi səfirliklərimiz gənclərimizə dəstək olmağa qısqanclıqla yanaşır.

- Biz də hansısa formada dəstəyi görə bilmirik. Xalqını, millətini sevən insan harda və necə olmasından asılı olmayaraq birlik, bərbərlik nümayiş etdirməlidir. Gənclərimizin bir çox problemləri var. Ancaq gənclərin ən əsas problemi Dağlıq Qarabağ problemidir.


- Münaqişə həll olunmasa, növbəti nəslə qala bilər. Bu, gəncləri heç qorxutmur?

- Dağlıq Qarabağ problemi olmasaydı, biz daha rahat şəraitdə yaşaya bilərdik. Azərbaycan hər il dövlət büdcəsindən müdafiə sənayesinin gücləndirilməsi üçün yetərincə vəsait ayırır. Təsəvvür edin ki, Dövlət Proqramı çərçivəsində xaricə təhsil alan 4 min gənc göndərirdiksə, münaqişə şəraitində yaşamasaydıq, 14 min gənc göndərəcəkdik. Bu da Azərbaycanın lobbiçilik, diaspor fəaliyyətinə töhfə vermiş olacaqdı. Azərbaycanın diasporu o gənclərdən yararlana biləcəkdi. Bunlar sadalamaq istədiklərim nüanslardan biridir. Bu gün Azərbaycan müharibə şəraitində yaşaya-yaşaya bu qədər uğura imza atırsa və kimlərsə bu inkişafı görmürsə, bu, sadəcə, nankorluqdur. Hesab edirəm ki, gənclər Qarabağ probleminin həllini daha da sürətləndirəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi