Modern.az

Səməd Seyidov AŞPA-nın iclasına gedir

Səməd Seyidov AŞPA-nın iclasına gedir

Aktual

12 Noyabr 2019, 11:01

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları  komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də   Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.

Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər noyabrın 16-da başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!