Modern.az

Narın vətəni Göçayda möhtəşəm festival - FOTOLAR

Narın vətəni Göçayda möhtəşəm festival - FOTOLAR

9 Noyabr 2019, 19:30

Hər il olduğu kimi, bu il də Göyçayda nar festovalı keçirilib. Sayca XIV  olan budəfəki festival Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AzNar şirkətinin dəstəyi ilə baş tutub.

 

Modern.az-ın məlumatına görə, dövlət və hökumət nümayəndələrinin, xarici ölkə səfirlərinin və turistlərin də qatıldığı möhtəşəm tədbirdə minlərlə insan iştirak edib.

 

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də narla bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Həmçinin festival qonaqları yerli əhalinin ustalıqla hazırladıqları nar şirəsinin, nar şərabının, nardançanın, xüsusi bəslənmiş narların dadına baxmaq imkanı əldə ediblər. Habelə, festivalda narın satışı da təşkil olunub. Qonaqlar ən keyfiyyətli narları festival çərçivəsində ucuz qiymətə almaq imkanı əldə ediblər.

 

Bu gün Göyçayda Nar festivalı ilə yanaşı AzNar Qapalı Səhimdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də qeyd edilib. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verilib və Nar otelinin açılışı olub. AzNar şirkətinin dəstəyilə ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin nərd yarışı təşkil edilib. Birinci yer 3000 manat, ikinci yer 1000 manat verilib. Yarışda finala çıxan, amma qalib gəlməyən hər kəs üçüncü yerə laiq görülüb və onlara 500 manat pul mükafatı verilib.

 

Qeyd edək ki, qarşıdan gələn ildə də Nar festivalında nərd, şer, foto, video yarışları keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?