Arxiv
12 Noyabr 2019, 11:47 | AKTUAL
“Lavrovun fikirləri həmsədrlərin son bəyanatının ruhuna uyğun gəlmir” - Fərid Şəfiyev

“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevandakı açıqlamaları ilə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı baza sənədlərinə, xüsusilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırki ATƏT) 1992-ci il martın 24-də Helsinkidə qəbul etdiyi qərara təkrar nəzər yetirmək lazımdır”.

 

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. O, fikirlərinə belə davam edib:

“Orada müəyyən edilir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılması üçün foruma çevriləcək Minsk Konfransının iştirakçıları Azərbaycan Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexiya, Slovakiya və İsveçdir.  

 

Vacib məqam olaraq daha sonra qeyd edilir ki, Konfrans iştirakçıları olan ölkələrlə məsləhətləşmələr apardıqdan sonra Konfrans sədri tərəfindən Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa dəvət olunacaq.

 

 

Münaqişədə tərəf ölkələr Ermənistan və Azərbaycandır. O ki qaldı, Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrinə, bu halda onlar regionun azərbaycanlı və erməni icmasıdır. Onlar irəliləyiş olacağı təqdirdə danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin təəssüf ki, hazırda bu irəliləyiş müşahidə edilmir.

 

Beləliklə qondarma “Dağlıq Qarabağ xalqı”ndan söhbət getmir. Yəni, qəbul edilmiş beynəlxalq hüquq sənədlərdə bu ifadə mövcud deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan 4 qətnaməsinə əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.  2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar Ermənistan hökumətinə qarşı” işi çərçivəsində qəbul olunmuş qərarda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlar üzərinə nəzarəti həyata keçirir.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, münaqişənin həlli, o cümlədən öz müqəddəratını təyin etmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir.

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən səsləndirilən, erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistan baş naziri Nikol Paşinyanın bu il martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşan fikirləri vasitəçilik missiyasının və Rusiya da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir”. 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45