Arxiv
12 Noyabr 2019, 12:09 | AKTUAL
BMU-nun komandası 44-cü ICPC müsabiqəsində ilk yeri tutub

Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsi (XV Azərbaycan Çempionluğu) keçirilib. Müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib.

 

Modern.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov müsabiqə iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. O, informasiya texnologiyaları sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb. BMU-da bu sahə ilə bağlı yüksək səviyyəli müasir laboratoriyalar və kadr potensialının olduğunu diqqətə çatdıran prorektor, universitetin maddi-texniki bazasının beynəlxalq müsabiqələrin keçirilməsi üçün lazım olan tələblərə cavab verdiyini, bunun da müsabiqənin təşkilatçıları tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

 

Müsabiqənin Azərbaycan üzrə regional direktoru, Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra informasiya texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən iş təklifi alırlar.

 

Müsabiqənin baş sponsoru olan PAŞA Bankın nümayəndəsi Vüsal Xəlilov müsabiqə iştirakçılarına uğurlar arzulayıb, gələcəkdədə bu tipli lahiyələrə dəstək verəcəklərini  bildirib.

 

Müsabiqənin Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə müsabiqənin şərtləri, keçirilmə qaydaları və texniki məsələlər haqqında məlumat verib.

 

Çıxışlardan sonra müsabiqə başlayıb. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://opentrains.mipt.ru/~ejudge/showres.cgi?data=res625 saytında avtomatik sistemlə aparılıb.

 

Müsabiqənin nəticələrinə görə BMU-nun Baku EU 1 komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ASOIU 2 komandası II, Azərbaycan-Fransa Universitetinin UFAZ 1 komandası III yerə layiq görülüblər.

 

Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 29 noyabr-1 dekabr 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC müsabiqəsinin növbəti yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak etmə hüququ əldə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva Heydər Əliyevi belə yad etdi 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Heydər Əliyevin anım günüdür - VİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53 Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib 11 Dekabr 2019, 18:41 Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır 11 Dekabr 2019, 18:22 İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi 11 Dekabr 2019, 18:15 Bakıda 91 yaşlı qadının evinə basqın edildi 11 Dekabr 2019, 18:08 Qorxmaz Hüseynov iki rayonun sakinlərini qəbul etdi - FOTO 11 Dekabr 2019, 17:58 Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları 11 Dekabr 2019, 17:43 Növbəti diaqnostik qiymətləndirmənin tarixləri AÇIQLANDI   11 Dekabr 2019, 17:36 Zakir Həsənov komandir-rəis heyətinə tapşırıqlar VERDİ 11 Dekabr 2019, 17:27 İcra başçısı Fəxralı sakinlərinin problemlərini araşdırıb 11 Dekabr 2019, 17:26