Arxiv
12 Noyabr 2019, 14:00 | AKTUAL
DTX 30-dan çox xarici vətəndaşı saxlayıb

Noyabrın 7-də Özbəkistan Respublikasının Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

SORB-un iclasında beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə, habelə millətlər və konfessiyalararası münaqişələrin yaradılması cəhdlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və təhlükəsizliklə bağlı digər aktual məsələlər üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan başqa, terrorçuların MDB ölkələrinə daxil olmaq, terrorçu qruplaşmalara yeni üzvlərin cəlb edilməsi cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsi məsələləri də diqqət mərkəzində olub, həmçinin Əfqanıstan İslam Respublikasındakı mövcud vəziyyətin Mərkəzi Asiyada regional təhlükəsizliyə təsirləri araşdırılıb.

Ə.Nağıyev iclasda çıxış edərək bildirib ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir. Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi, bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib.

Ə.Nağıyev həyata keçirilən tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib.

DTX rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Bu baxımdan, təhlükəsizlik və xü­su­si xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində DTX rəisi Ə.Nağıyev ilə Özbəkistan Respublikası DTX sədri Abdusalom Azizov arasında keçirilən görüşdə hər iki ölkənin təhlükəsizliyinin qorunması məsələləri, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə qarşı birgə mübarizənin effektivliyinin artırılması üzrə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Ə.Nağıyevin digər tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə də möv­cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SORB-un 47-ci iclasının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Dövlət başçısı ölkələrimizin təhlükəsizliyinə mümkün təhdid və hədələrə qarşı birgə mübarizənin gücləndirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?