Modern.az

Ter-Petrosyan: “Sarkozi “soyqırımı” qanunu ilə Türkiyənin Avropa Birliynə üzvlüyünü əngəlləmək istəyir”

Ter-Petrosyan: “Sarkozi “soyqırımı” qanunu ilə Türkiyənin Avropa Birliynə üzvlüyünü əngəlləmək istəyir”

Dünya

5 Mart 2012, 10:21

Ermənistanın eks-prezidenti Fransa Senatının məlum qanunu ələ salıb

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Fransa Senatının qəbul etdiyi  qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cəza təyin edilməsi barədə artıq ləğv olunmuş qərarını ələ salıb. Modern.az bildirir ki,  İrəvanda keçirilən müxalifətin mitinqində çıxış edən Ter-Petrosyan Fransa Senatının məlum qərarını Ermənistanın xarici siyasətində ciddi problemlər yarada biləcəyini deyib.

Senatın qanununu Fransanın öz maraqları çərçivəsindən irəli gəldiyini qeyd edən Ter-Petrosyan bildirib ki, Sarkozinin bu qərarı heç də erməni xalqına olan sevgisindən irəli gəlmirdi.

“Ermənistan diplomatiyasının bu işdə “misilisiz rolu” barədə Sərkisyan və Nalbandyanın açıqlamaları sadəcə gülüncdür. Fransa müstəqil olaraq bu addımı atdı. Sarkozi bu addımı atmaqla Türkiyənin Avropa İttifaqına daixl olmasını əngəlləmək və seçkilərdə erməniəsilli vətəndaşların səsini almağa ümid edirdi”-deyə Ter-Petrosyan vurğulayıb.  

Eks-prezident qeyd edib ki, Senatın qərarına “qələbə” kimi sevinmək əvəzinə bu “tarixi qərara” erməni-türk münasibətlərinə vurduğu ziyanı müzakirə etmək lazım idi.
“Fransa Konstitusiya Şurası bu qərarı ləğv etdi. Bu onu göstərdi ki,  Sərkisyanın və digərlərinin vaxtından əvvəl sevinci əbəs imiş”-deyən eks-prezident qeyd edib ki, “erməni-türk münasibətlərinin hazırki vəziyyəti Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafına ciddi problemlər yaradıb”.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!