Modern.az

Bakıda yataqxanada uçqun olub - FOTO

Bakıda yataqxanada uçqun olub - FOTO

13 Noyabr 2019, 00:27

Bakının Nərimanov rayonu, Nazim Hacıyev 6 ünvanındakı yataqxanada uçqun baş verib.

Modern.az  Axar.az-a istinadən  xəbər verir ki, ötən gecə binanın 4-cü mərtəbəsində mənzillərin birinin tavanı dağılıb.

Tavanı çökən mənzil Cəbrayıl rayonundan olan məcburi köçkün Həbib Məhəmmədəli oğlu İbayevin yaşadığı 47 saylı otaqdır. Otağın 16 kvadratmetrlik tavanı çöküb. Hadisə zamanı xəsarət alan olmayıb. Ailə artıq yataqxanadan köçürülüb.

Sakinlər deyirlər ki, binanın 4-cü mərtəbəsinin demək olar ki, bütün mənzilləri eyni vəziyyətdədir. Yağışlı havada binada yaşamaq ümumiyyətlə, mümkün deyil. Uzun müddətdir ki, yağış suları mənzillərə damırmış.

Bina sakinlərinin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi binada yoxlamalar aparıb və qəzalı vəziyyətdə olması haqda qərar verib. Amma aidiyyəti qurumlar binanın təmirini və yaxud sakinlərin köçürülməsini yubadıblar.

Hadisə baş verən gün – yəni dünən Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları hadisə yerinə gəlib, qəzalı mənzilləri qeydiyyata alıblar.

Yataqxanada Cəbrayıl, Zəngilan və Laçın rayonlarından olan məcburi köçkünlər məskunlaşıb. Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində işə başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?