Modern.az

Milli Teleradio Şurası telekanallara yeni tövsiyələr verib

Milli Teleradio Şurası telekanallara yeni tövsiyələr verib

Aktual

13 Noyabr 2019, 08:32

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun yaranmasının 93 illiyinə həsr olunan tədbirdə belə bir fikir səsləndirib:

"Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir".

Cəmiyyətdə televiziyalara marağın azaldığı bir vaxtda Şura sədrinin bu cür çıxışı polemikalara səbəb oldu. Maraqlı sual ortaya çıxır: MTRŞ Azərbaycan telekanallarının hazırladığı verilişləri bayağı adlandırırsa, bu problemi aradan qaldırmaq üçün niyə addım atmır?

Şuradan Modern.az-a bu verilən məlumata görə, qurum mövcud problemlərlə bağlı televiziyalara tövsiyələrini çatdırıb:

““Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.1-ci maddəsinin tələbinə əsasən, proqramlar yayım üçün hazırlanarkən  maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. Bununla əlaqədar olaraq Şura tərəfindən aparılan mütəmadi monitorinqlərin nəticəsinə uyğun olaraq, telekanallara öz işlərini “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələbinə uyğun olaraq qurmaları barədə tövsiyələr verilir. Bunun nəticəsidir ki, hazırda telekanalların efirində şou tipli, bayağı verilişlərin yayımlanmasında azalma tendensiyası müşahidə olunur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu