Modern.az

Goranboyda avtoqəza: 3 nəfər xəsarət alıb

Goranboyda avtoqəza: 3 nəfər xəsarət alıb

13 Noyabr 2019, 09:17

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Goran-Goranboy yolunda qeydə alınıb.

 

Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri – Məmməd Məmmədov və Elşad Pənahov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu deyilir (apa).

 

Təfərrüatlar araşdırılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi