Modern.az

İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir?

İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir?

13 Noyabr 2019, 10:17

“Növbəti ildən ailə büdcəsinin xərclərinə yalnız vergilərə, kommunal xidmətlərə, cərimə sanksiyalara ödənişlər deyil, sığorta haqları da daxil olacaq. Minimum əmək haqqının 250 manata çatdrılmasından qaynaqlanaraq artan sosial sığorta ödənişləri ilə yanaşı hər bir işləyənlər, özünə məşğul olanlar, fərdi sahibkarlar və mülkiyyət sahibi olan vətəndaşlar tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcəklər”.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlaka görə məcburi sığorta haqqı Bakıda 50 manatdan regionlarda 30 manatadək müəyyənləşdirilib:

“Tibbi sığorta haqlarına gəlincə, muzdlu işçilər aylıq məvaciblərinin 2 faizi, işəgötürənlər də hesablanmış əməyin ödənişi fondunun ayda 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, o cümlədən müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər. Hesablamalara görə, növbəti il üçün hər iki mənbədən icbari tibbı sığorta ödənişləri hesabına 500 milyon manata qədər vəsait toplanacaq. Bu vəsaitin çox hissəsinin xərci əhalinin üzərinə düşəcək. Odur ki, yeni xərclər üçün indidən hazırlıq görün, yoxsa gələn "pulsuz tibbi yardım"dan da faydalana bilməzsiniz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı