Modern.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə olan müraciətlər nə barədədir?...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə olan müraciətlər nə barədədir?...

13 Noyabr 2019, 11:03

2019-cu ilin oktyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 384 müraciət daxil olub.

Bu barədə Modern.az-a agentlikdən məlumat verilib. Məlumatda qeyd edilib ki, müraciətlərin 132-si ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 252-si telefon vasitəsilə edilib:

“Daxil olan müraciətlərin 130-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 51-i əlillik məsələləri, 30-u işə qəbul və əmək münasibətləri, 13-ü ambulator dərman təminatı, 18-i tibbi xidmətlər üzrə ödənişlər və 27-si digər mövzuları əhatə edib. Telefon vasitəsilə daxil olan sorğu xarakterli müraciətlərin 115-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi və sığortahaqları, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib”.

İcbari Tibbi Sığorta Agentliyndən bildirilib ki, qəbul qrafikinə uyğun olaraq oktyabr ayında Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 31 vətəndaş qəbul edilib:

“Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, ambulator dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?