Modern.az

Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO

Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO

13 Noyabr 2019, 11:40

“Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq saxlanılıb”.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub:

“Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

 

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir