Modern.az

Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO

Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO

Aktual

13 Noyabr 2019, 13:00

Rusiyanın Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradova təzyiqlər başlayıb.

 

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, alman nasistləri ilə əməkdaşlıq edən Qaregin Njdeyə erməni kilsəsinin həyətində uzun illər xatirə lövhəsinin dayanması və şəhər administrasiyasının onu çıxarmadığını görən deputat özü fəaliyyətə keçib.

 

Lövhənin Njdenin şəkli əks olunan hissəsini xüsusi maye ilə qaralayan deputat kilsənin ərazisini tərk edib.

“Almanla əməkdaşlıq edən şəxsin lövhəsinin faşistlərlə müharibədə milyonlarla yaxınını itirən xalqa qarşı hörmətsizlikdir”-deyə Vinoqradov deyib.

 

Hadisə ilə bağlı Krasnodar diyarında yaşayan çoxsaylı erməni icması deputatı hədəf alıb, onu cəzalandıracaqlarını bildiriblər.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub