Modern.az

Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana gəlir - İLK DƏFƏ

Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana gəlir - İLK DƏFƏ

13 Noyabr 2019, 13:38

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycana dəvət olunub.

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Modern.az-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfə doğma Vətəndə olacaqlar. 

 

Səfər yaxın vaxtlarda baş tutacaq. 

 

Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaqlar. Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır