Modern.az

Nazir müavini Ucarda dərs prosesini izləyib - FOTOLAR

Nazir müavini Ucarda dərs prosesini izləyib - FOTOLAR

Aktual

13 Noyabr 2019, 13:47

Noyabrın 13-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Ucar rayonuna səfər edib.

 

Modern.az-a daxil olan məlumata görə, Məhəbbət Vəliyeva səfər çərçivəsində Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbə baş çəkib, adıçəkilən təhsil müəssisəsinin pedaqoji kollektivi ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub.

 

Daha sonra cari tədris ilində Ucar rayonunda  pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə nazir müavini son illər müəllim əməyinin stimullaşdırılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlərdən danışıb. Məhəbbət Vəliyeva müəllimlərə öz tapşırıq və tövsiyələrini verib, həmçinin onların suallarını cavablandırıb.

 

Ucar Rayon Təhsil Şöbəsində bu qurumun və 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşları ilə də görüş keçirilib. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva bir sıra göstəriş və tövsiyələr verib.

 

Sonra görüş iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır