Modern.az

Azərbaycan-Uels oyununu bu məşhur hakim idarə edəcək

Azərbaycan-Uels oyununu bu məşhur hakim idarə edəcək

13 Noyabr 2019, 14:16

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçını idarə edəcək hakimlər briqadasl müəyyənləşib. 

Modern.az xəbər verir ki, görüş almaniyalı hakimlər briqadasına həvalə olunub.

Belə ki, Dəniz Aytəkin matçın baş hakimi olacaq. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir