Modern.az

Ramiz Mehdiyev AMEA-da islahatlara başlayır

Ramiz Mehdiyev AMEA-da islahatlara başlayır

Aktual

13 Noyabr 2019, 14:23

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq qurumların ləğv olunması, bəzi müəssisələrdəki şişirdilmiş ştatların olması, ehtiyac duyulmayan mütəxəssislərin çoxluğu nəzərdən keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli mətbuata açıqlamasında akademiyada aparılacaq islahatlar barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, AMEA Prezidenti akademik Ramiz Mehdiyev bu qurumda aparılacaq islahatlarla bağlı öz baxışını Rəyasət Heyətinin yaxın günlərdə keçiriləcək iclasında açıqlayacaq:

 

“AMEA-da aparılacaq köklü islahatlar barədə akademik Ramiz Mehdiyevin fikirləri var. Onun öz fikirlərini akademiyanın elmi ictimaiyyəti qarşısında açıqlayacağını gözləyirik. Akademik Ramiz Mehdiyev uzun illər daşıdığı yüksək vəzifədə olarkən də AMEA-nın fəaliyyətinə nəzarət edib. O, akademiyada gedən proseslərə dərindən bələddir. İndi də təyin olunduğu gündən akademiyadakı prosesləri araşdırır. Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin AMEA prezidenti təyin olunması Azərbaycan Prezidenti İlham Əliyevin qurumun mövqeyinin möhkəmlənməsi, onun daha da inkişaf etdirilərək yeni mərhələyə çatdırılması istiqamətində atdığı addım kimi mühüm əhəmiyyətə malikdir. Konkret olaraq, Mətbuat və İnformasiya İdarəsinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə çevrilməsi şübhəsiz ki, akademiyada aparılacaq struktur islahatları və optimallaşdırma siyasəti ilə əlaqədardır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir