Modern.az

Mehriban Əliyeva şəhid ailəsinin əlindən alınan evi özünə qaytardı 

Mehriban Əliyeva şəhid ailəsinin əlindən alınan evi özünə qaytardı 

13 Noyabr 2019, 15:27

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin "Xalq Bank" tərəfindən girov götürülən evi geri qaytarılıb.

 

Modern.az xəbər verir ki, məlumatı "Facebook" sosial şəbəkəsində Səbinə Yusif adlı istifadəçi paylaşıb.

 

O bildirib ki, bir müddət öncə götürdüyü kredit borcunu ödəyə bilməyən şəhid ailəsinin mənzili "Xalq Bank" tərəfindən girovda olub. 

 

Bununla bağlı şəhid ailəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Birinci vitse-prezidentin göstərişi və tapşırığı ilə mənzil şəhidin ailəsinə qaytarılıb. 

 

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun həyat yoldaşı bir ay öncə əməliyyat olunub.

 

Ş.Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir