Modern.az

İcra başçısı məktəbliləri yola saldı - FOTO

İcra başçısı məktəbliləri yola saldı - FOTO

Aktual

13 Noyabr 2019, 15:42

Noyabrın 12-də rayon ictimaiyyəti ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.

 

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu. Çıxış edən 179 nömrəli tam orta məktəbin  şagirdi Əzəmət Verdiyeva, 246 nömrəli tam orta məktəbin şagirdi Əlihəsən Həsənova, 267 nömrəli tam orta məktəbin şagirdi Nicat Qasımzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Əntiqə Niftəliyeva, Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısı Fidan Kərimovanın valideyini Aygün Kərimova tur-aksiyanın şagirdlərin həyatında tutacağı yerdən bəhs edib, bu fürsəti yaratdığı üçün ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürünü bildiriblər.

 

 Çıxış Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirdi. Natiq Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı dövlətimizin əmin əllərdə olduğunu qeyd etdi.  

 

Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan  Allahverdiyevə verildi. Natiq keçirilən tur-aksiyaların önəm və mahiyyəti olduqca böyükolduğunu bildirdi. E.Allahverdiyev bu gün ölkəsinin tarixinə, mənəvi irsinə, dərindən bələd olan savadlı  gəncləri müxtəlif yüksək vəzifələrə təyin edildiyini bunun da ölkə başçısının gənclərə necə böyük ümidlər bəslədiyini aydın şəkildə ifadə etdiyini bildirdi

 

13 noyabr 2019-cu il tarixində səhər saatlarında  “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin təntənəli yolasalınma mərasimi keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məktəb direktorları, valideynlər, iştirak etdilər. 

 

Məktəblilər Rəqsin Sultanları ” rəqs kollektivinin “ Yeni Bakı” rəqsini , F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin “Nağara şou” qrupunun çıxışını izlədilər. Sonra tur-aksiya iştirakçılarının ifasında “Ölkəmizi tanıyaq” layihəsinin 5-ci ildönümü üçün hazırlanmış “Ölkəmizi Tanıyaq” himnini dinlənildi. Daha sonra  Binəqədi məktəblilərinin səfər edəcəyi avtobus yola salındı.

 

Məlumat üçün qeyd edək ki, Ötən müddət ərzində Binəqədi rayonundan olan gənclər də bu layihədə yaxından iştirak edib. Bu günə qədər Binəqədi rayonundan 309 şagird Respublikamızın müxtəlif  bölgələrinə yola salınmış, oranın tarixi, təbiəti, adət və ənənələri, eləcə də son illərdə gedən adablıq-quruculuq işlərini öz gözləri ilə görmüşdür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir