Modern.az

Tağıyevin Mərdəkandakı evi təmir olunur

Tağıyevin Mərdəkandakı evi təmir olunur

13 Noyabr 2019, 15:56

Tanınmış messenant Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.

 

Modern.az-ın məlumatına görə, artıq ərazidə işlərə start verilib. Malikanənin əvvəlki görkəminə qaytarılacağı deyilir. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb.

 

Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq yeri kimi istifadə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...