Modern.az

Özbəkistan da latına keçir

Özbəkistan da latına keçir

28 Dekabr 2009, 10:09

Özbəklər gələn ildən latın qrafikalı əlifbaya keçir. Modern.az-ın  BBC-yə istinadən yaydığı məlumata görə, Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsi latına keçidlə bağlı qərarı hələ 1990-cı ilin əvvəllərində qəbul edib. Lakin bu vaxta qədər latın əlifbasına keçid iki dəfə təxirə salınıb. Gənclər latın əlifbasında yazıb oxumağı öyrənsə də, əhalinin çox hissəsi yalnız kiril əlifbasında yazıb oxumağı bacarır. Baxmayaraq ki, yeni kitabların çoxu latın əlifbası ilə dərc olunub. Amma bir çox müasir və klassik ədəbiyyat, milli mətbuat və hökumətin İnternet saytları hələ də kiril əlifbası ilə yayımlanır. Küçə və mağaza lövhələri bir çox hallarda həm kiril, həm də latın əlifbası ilədir.

Gələn  ildən Özbəkistanın tamamilə latına keçəcəyi gözlənilir. Amma müşahidəçilər ölkənin buna hazır olmasına şübhə ilə yanaşırlar. Latına keçidlə bağlı qanunvericilik 1993-cü ildə qəbul olunub. Yeni əlifba 1990-cı illərin ortalarında dövlət məktəblərində tətbiq edilməyə başladı və latına tam keçid 2000-ci ildə baş verməli idi. Amma bu, iki dəfə təxirə salındı.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı