Modern.az

Nazir ölkədə vergi ödəyicilərinin artdığını ELAN ETDİ

Nazir ölkədə vergi ödəyicilərinin artdığını ELAN ETDİ

14 Noyabr 2019, 13:56

“Vergi islahatlarının həyata keçirilməsində və inzibatçılığında xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin xalis sayındakı artım 44 608 vergi ödəyicisi təşkil edib:

“Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır