Modern.az

Mikayıl Cabbarov: “Ali təhsil çox böyük transformasiyalara uğrayıb”

Mikayıl Cabbarov: “Ali təhsil çox böyük transformasiyalara uğrayıb”

Aktual

14 Noyabr 2019, 14:09

İqtisadiyyat naziri Mikayıl Cabbarov ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı deputatların təklifinə cavab verib.

Modern.az xəbər verir ki, nazirin sözlərinə görə, ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq burada vahid sifarişçi yoxdur:

“Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı da, elmi ədəbiyyat da ola bilər. Bu da ali təhsil məktəbləri üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır