Modern.az

Asim Mollazadə miqrant alverindən danışdı: “Xoşagəlməzdir”

Asim Mollazadə miqrant alverindən danışdı: “Xoşagəlməzdir”

Aktual

14 Noyabr 2019, 17:30

Almaniyada miqrant alveri ilə bağlı azərbaycanlılardan ibarət dəstənin üzvləri saxlanlıb.

 

Onlardan üç nəfərin Müsavat Partiyasının üzvləri İlham Həsən, Mehdi Xəlilbəyli və Abdin Cavadov olduğu bildirilir. Saxta sənəd düzəltməkdə ittiham olan şəxslər hazırda istintaqda dindirilir.

 

Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Modern.az-a bildirib ki, istintaqın bitməsini gözləmək lazımdır:

 

“Mən belə düşünürəm ki, istintaqın sonunu gözləmək lazımdır ki, ətraflı məlumat verilsin. Təbii olaraq istənilən cinayət hadisələri xoşagəlməzdir. Bu hadisə də Almaniyada hüquq-mühafizə orqanları tərəfindən diqqətdə saxlanılır, məhkəmə öz qərarını verəcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir