Modern.az

İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu

İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu

Dünya

14 Noyabr 2019, 22:28

Bu gün axşam saatlarında İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

Modern.az  xəbər verir ki, Reuters agentliyinin Avropa-Aralıq dənizi seysmoloji mərkəzinə istinadla yaydığı məlumata görə, yeraltı təkanların episentri 452 min nəfər əhalisi olan Manado şəhərindən 169 kilometr şərqdə qeydə alınıb. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib.

İndoneziya meteorologiya, iqlim və geofizika agentliyi sunami təhlükəsi elan edib. Hələlik zərər çəkənlər və dağıntılar barədə informasiya daxil olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu