Modern.az

\"Nəsimi ili\" müsabiqəsinə yekun vuruldu

\

15 Noyabr 2019, 14:48

"Bu gün "Nəsimi ili"nə həsr olunan müsabiqənin yekunu toplaşmışıq. İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirlər il boyu həm Azərbaycanın hər yerində, həm də dünya ölkələrində yüksək təntənə ilə keçirilib".

 

Modern.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "İmaddədin Nəsimiyə həsr olunan mükafatlandırma mərasimi"ndəki çıxışı zamanı söyləyib.

 

O, bildirib ki, bu gün müsabiqənin yekunu ilə yanaşı Nəsimiyə həsr olunan kitabların təqdimat mərasimi də keçirilir.

 

"Biz bu gün keçirilən müsabiqənin yekunu ilə yanaşı iki gözəl kitabın-"Əbədiyyət günəşi" və "Nəsimi dünyası rənglərin işığında" kitabların təqdimat mərasimi üçün bura toplaşmışıq. Həmçinin qeyd etmək istəyirəm ki, bu il Xaçmazda İmaddəddin Nəsimin heykəli ucaldılıb".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir