Modern.az

Bu rayonda uşaqlara günərzi qayğı xidmətləri göstərilir - FOTO

Bu rayonda uşaqlara günərzi qayğı xidmətləri göstərilir - FOTO

Aktual

16 Noyabr 2019, 10:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi ilə Zərdab rayonunda yaradılmış günərzi qayğı mərkəzində 3-12 yaş arası olan və bir qismi sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 30-dan artıq uşaq hərtərəfli qayğı ilə əhatə olunublar.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, “Ümman” Sağlamlıq İmkanları Məhdud Uşaqlara  Qayğı İctimai Birliyi tərəfindən yaradılmış mərkəzin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədinə xidmət edir. Mərkəzə cəlb olunan uşaqlar burada yataqla və gün ərzində 3 dəfə yeməklə təmin edilir, onlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər, o cümlədən maraqlı  eksursiyalar təşkil edilir.

 

Uşaqların valideynləri ilə hər həftə görüşlər keçirilir, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı zəruri köməklik göstərilir. Müxtəlif dərnəklər vasitəsilə uşaqların  bu və ya digər istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülür.  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü