Modern.az

Kanadada yaşayan Əfruz Məmmədova KİMDİR?...

Kanadada yaşayan Əfruz Məmmədova KİMDİR?...

16 Noyabr 2019, 11:31

O, yazıçıdır. Əsərlərini rus dilində yazır. Azərbacan Yazıçılar Birliyinin üzvü deyil və bununla demək istəyir ki...  

Vallah nə demək istədiyini bilmirəm, təkcə onu bilirəm ki, söz sənətinə - ədəbiyyata bələd türk milli ruhlu yaradıcı ziyalıdır.

 

 Beləliklə, dünyanın ən yaxşı çağdaş yazıçılardan biri

 Əfruz Məmmədova haqqında…

 

Bəri başdan deyim ki, mən rus əədəbiyyatı və rus ədəbi dili  mütəxəssisi deyiləm. Amma bu dildə səhv yazanı da, oxuyanı da elmi mübahisəyə çağıra bilərəm. Bu da təbii sayılmalıdır.

1972-ci ildə S.M.Kirov adına ADU-da görkəmli türkoloq, professor Fərhad Ramazan oğlu Zeynalovun  rəhbərliyi ilə "Müasir türk dillərində əsası rus və rus dillərindən alınma sözlərdən əmələ gələn feillər" mövzusunda diplom işi yazmışam. Bu diplom işinə görə  fakültə elmi şurasının qərarı ilə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun  aspiranturasına oxumağa göndərilmişəm. Burada professor Mirzə Rəhimovunn rəhbərliyi ilə "Ziya" və  "Ziyayi-Qafqasiyyə" qəzetinin dilini tədqiq etmişəm


Əfruzun hekayələrini oxumaq üçün onun yazı dilinin   həm leksik, həm də qrammatik xüsusiyyətlərini bimək lazımdır. Bu bilgi sözün sətiraltı mənalarını anlamaqdan ötrü çox gərəklidir.

Əfruzun yazılarının üslubu   həm milli Azərbaycan təfəkkürlü, həm də rusdilli təfəkkür sahiblərinin  bədii zövqünə işıqlı yol göstərir.

Mənə eə gəlir ki, Əfruzun yazıları Uzaq Sibirdə də, Özbəkistanda da, Moskvada da sözü qiymətləndirməyi bacaranlrın hamısını düşündürə bilir.

Əfruzun yazılarının janrını müəyyənləşdirmək çətindir. Onların bəzisi məişət hekayəsi kimi ,bəziləri isə xatirə səpkili uşaqlıq və gənclik xatirələri kimi  diqqəti cəlb edir. Bəzi yazıları kiçik həcmli povest kimi səciyyələndirmək olar. Bəlkə də bunlar yeni bir ədəbi janr kimi izah olunmalıdır. Əfruzun özü yazılarınınn çoxunu yumorlu nəsr kimi xarakterizə edir. Bu ad rus ədəbiyyatında  artıq məxsusi bir janr kimi tanınır. Hər halda Əfruzun yaradıcıığında həm Cəlil Məmmədquluzadənin, həm Ə.Haqverdiyevin, Mir Cəlalın   əsərlərinin  rus dilinə  tərcümələrinin  təsiri aydın hiss olunur..

Əfruzun bədii yaradıcılığı Azərbaycan ədəbiyyatının rusdilli  nəsrinin  qələbəsidir. Onun əsərlərində  Qarabağın da, Lənkəranın da, baba  yurdu Özbəistanın da, həyatının, bədii zövünün, musiqi duyumunun formalaşdığı Bakının da  qaynar həyatı, musiqi mənzərəsi aydın duyulur, cövlan edir. Bəlkə də bu, müəllifin vaxtilə adlı-sanlı musiqi məktəbində oxuması və burada yaxşı müəllimlərdən yaxşı dərs alması  ilə ilgilidir, əlaqədardır.

Yeri gəlmişkən deyim ki, Əfruzun nənəsi xəstə olduğu  qısa bir müddətdə anası Bəhicə xanım kafedra rəhbərliyin icazəsi ilə biz aspirantlara bir neçə dəfə ingilis dili dərslərini S.Vurğun küçəsi 55-də - öz evlərində keçmişdi. Mən Əfruzun adını və səsini o vaxtlarda eşitmişdim.

Adını ailə dostları olan görkəmli söz ustası Hüseyn Cavid verdiyi Bəhicə xanım - bizim ingilis dili müəlliməmiz  həmişə  övladının musiqi  duyumu və qabiliyyəti ilə fəxr edirdi.

Əfruzun yazıları   bütün dünyada , o cümlədən müəllifin  son illərdə məskunlaşdığı ölkədə - Kanadada Azərbaycanın mədəni irsinin,onun ədəbi düşüncə tərzinin parlaq, nümunəvi nümayişidir.

Əfruzun yazıları onun oxucularının milli qürur mənbələrindən biridir. Şəxsən mən Əfuzun əsərlərini, Facebook yazılarını onun vizit vərəqi kimi qiymətləndirirəm.

Əfruzun ədəbi qəhrəmanlarının çoxunun adı  Azərbaycanda geniş yayılmış adlardan seçilib. Onun yazılarımdakı Ədalət dayı (əmi) surəti oxuculara daha maraqlı görünür.


Nazim Nəsrəddinov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...