Modern.az

Elmar Məmmədyarov həmsədrlər və Ceylanla görüşüb

Elmar Məmmədyarov həmsədrlər və Ceylanla görüşüb

6 Mart 2012, 14:47

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

***
Elmar Məmmədyarov Türkiyə Respublikası xarici işlər nazirinin müavininin köməkçisi Fatih Ceylanı da qəbul edib.
Görüş zamanı Azərbaycan Respublikası ilə Türkiyə respublikası arasında ikitərəfli əlaqələr, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolları və regionda cərəyan edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?