Modern.az

“Demokratik İslahatçı Gənclər” təşkilatı da Avropa Parlamentinə etiraz edib

 “Demokratik İslahatçı Gənclər” təşkilatı da Avropa Parlamentinə etiraz edib

Qarabağ

28 Dekabr 2009, 12:10

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Avropa Parlamentinin “Azərbaycanda ifadə azadlığı haqqında” qətnaməsini pisləyərək, ona öz etirazını bildirib. Bu barədə Modern.az-a təşkilatın sədri Vüsalə Hüseynova məlumat verib. O, bildirib ki, həmin qətnamənin qəbulu Avropa ilə Azərbaycan arasında inkişaf etməkdə olan münasibətlərə ciddi şəkildə mane ola bilər.

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyiini etiraz bəyanatında bildirilir: “Azərbaycan Respublikası ölkəmizdə insan hüquqlarının inkişafına və müdafiəsinə, demokratik dəyərlərin qorunmasına, ifadə və informasiya azadlığının möhkəmləndirilməsinə və respublikamızın Avropaya inteqrasiyasına  böyük  əhəmiyyət verir. Bunun nəticəsi kimi Azərbaycan dövləti Avropa dəyərlərinin təbliği və ölkəmizin sözügedən məkanla qarşılıqlı əlaqələrinin qurulması istiqamətində  bir sıra ciddi addımlar atıb. Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq qurumlarla əlaqələrin inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalaması, ölkəmizin Avropa İttifaqı tərəfindən "Avropa qonşuluq siyasəti"nə daxil edilməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması, “Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq etməsi dövlətimizin Avropa ilə əməkdaşlığa böyük önəm verdiyini bir daha təsdiqləyir”. İctimai Birlik xatırladıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə nüfuzlu  beynəlxalq təşkilatlar və  demokratiya institutlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində böyük naliyyətlər əldə edilib və bu istiqamətdə səylər davam etdirilir. ”Lakin təssüf ki, bu gün Avropa Parlamenti kimi nüfuzlu bir təşkilat Avropanın demokratiya dərslərini  “özlərinə məxsus şəkildə dərk edən" və ölkə qanunvericiliyini kobud şəkildə pozaraq, başqalarının hüquqlarını tapdayanların müdafiəsinə qalxıb.  Biz bəyan edirik ki, ölkə qanunlarının aliliyi dünya dövətlərində olduğu kimi Azərbaycanda da ən yüksək səviyyədədir. Və kimliyindən asılı olmayaraq,  hər kəs qanun qarşısında eyni məsuliyyət daşıyir. 

 

Biz Azərbaycan gəncləri çox istərdik ki, Avropa İttifaqı belə bir müdafiəni Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqışəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı sərgiləyərdi. Ancaq təəssüf hissi ilə qeyd edirik ki, bu günə kimi nə Avropa Şurası, nə Avropa İttifaqı bu insanların hüquqlarının qorunması ilə bağlı təcavüzkar ölkə qarşısında Azərbaycanın ərazi bütövlüyünün nə zaman bərpa olunması ilə əlaqədar heç bir konkret öhdəlik qoymayıb. Bu öhdəliyin işğalçı Ermənistan qarşısında qaldırılmaması isə istər-istəməz Avropa Şurası, Avropa İttifaqı kimi mötəbər qurumların obyektivliyini,  proseslərə demokratik yanaşmasını  şübhə altına alır.

Bü gün ölkəmizdə söz azadlığının qorunması, senzuranın olmaması və müstəqil KİV-lərin inkişafı üçün görülən işlərin qətnamə layihəsində həqiqətə uyğun olmayan şəkildə yer alması, beynəlxalq qurumların ikili mövqelərini təsdiqləməklə,  qətnamə layihəsini hazırlayan şəxslərin qərəzli mövqelərini bir daha nümayış etdirmiş olur.  

 

Təəssüf hissi ilə bildiririk ki erməni lobbisisnin və erməni terror təşkilatlarının maliyyə dəstəyi əsasında  qərəzli şəkildə qətnamə layihəsinin hazırlanması  Avropa Parlameti kimi nüfuzlu beynəlxalq təşkilatın öz ikili yanaşmaları ilə insan hüquqları, demokratiya, söz azadlığı kimi təməl dəyərlərinin təmin edilməsinə ciddi maneə yaradır.   

 

Biz bir daha bəyan edirik ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə layihəsini  Azərbaycana qarşı göstərilən təzyiq və növbəti qərəzli addım kimi dəyərləndiririk. Bu cür siyasi qərarlar Azərbaycan və Avropa Parlamenti arasında olan yaxın diplomatik əlaqələrə və bir sıra mühüm sahələrdəki əməkdaşlığa xələl gətirə bilər.

Buna görə də biz Azərbaycan gəncləri bir daha vurğulayırıq ki, Avropa Parlamenti  kimi dünyaya demokratik dəyərləri idxal edən nüfuzlu bir qurum  xarici siyasətində belə qərəzli  və ədalətsiz qərarlar qəbul etməməli, əksinə insan hüquqlarının qorunmasını qarşısına ən ali məqsəd kimi qoyan,  ölkə ərazisində demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atan dövlətə qarşı, demokratik yanaşma nümayiş etdirməlidir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi