Modern.az

Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO

Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO

18 Noyabr 2019, 16:02

Serbiyanın Novi Sad şəhərində Avropa Gənclər Paytaxtlarının Şəbəkəsinin yaradılması məqsədilə imzalanma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Niyazi Bayramov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin əməkdaşları, həmçinin müxtəlif illərdə Avropanın Gənclər Paytaxtı titulunu daşıyan şəhərlərin mer və vitse-merləri iştirak ediblər.

 

İmzalanma mərasimində Avropa Gənclər Paytaxtlarını təmsil edən rəsmilər “Avropa Gənclər Paytaxtları Şəbəkəsi”nin yaradılmasını təsdiq edən “Təsis Aktı”nı imzalayıblar. “Təsis Aktı” dövlət qeydiyyatına alınması üçün Rumıniya Hökümətinə göndərilib.

 

Qey edək ki, Avropa Gənclər Paytaxtları Şəbəkəsi”nin qurulmasında Gəncə şəhərinin müstəsna rolu var. Belə ki, Gəncədən olan nümayyəndələr Şəbəkənin qurulması ilə bağlı müxtəlif Avropa şəhərlərində keçirilən görüşlərdə yaxından iştirak edib, Şəbəkənin əsasnaməsinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə öz töfhələrini veriblər. 

 

İmzalanma mərasimindən sonra şəhər rəhbərlərinin iştirakı ilə “Avropa Gənclər Paytaxtlarında uğurlu təcrübələr” və “Avropa Gənclər Paytaxtları Şəbəkəsinin gələcək fəaliyyəti” mövzularında dəyirmi masa təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Gəncə Avropa Gənclər Paytaxtı 2016 layihəsinin dövlət səviyyəsində icrasından danışıb. O, öz çıxışında Prezident İlham Əliyevin sərəncamı ilə Gəncə Avropa Gənclər Paytaxtı 2016 layihəsinin uğurla icra olunması məqsədilə 1(bir) milion manat vəsaitin ayrıldığından soz açıb. Niyazi Bayramov həmçinin qeyd edib ki, 2016-cı il ərzində 7 dövlət qurumunun, habelə Azərbaycan Gənclər Fondunun dəsətyi ilə Gəncə şəhərində gənclərlə bağlı layihə və proqramlar həyata keçirilib. 

 

Tədbirin sonunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Serbiyanın Novi Sad şəhərinin meri Miloş Vuçeviçə şəhər adından hədiyyələr təqdim edib.

 

Xatırladaq ki, Gəncə şəhəri 2016-cı ilin Avropanın Gənclər Paytaxtı tituluna layiq görülüb. 2016-cı ildə Gəncə şəhərində 250-dən artıq gənclər sahəsini əhatə edən, həmçinin gənclərin iştirakı və təşkilatçılığı ilə bir sıra layihə və proqramlar həyata keçirilib. 2009-cu ildən start götürən Avropa Gənclər Paytaxtı layihəsi, Avropa Komissiyasının gənclər siyasətini həyata keçirən Avropa Gənclər Forumu tərəfindən icra olunur. İndiyədək Avropa Gənclər Forumu tərəfindən 13 Avropa şəhəri Avropanın Gənclər Paytaxtı elan olunub və Gəncə yeganə şəhəridir ki, qeyri Avropa Birliyi ölkəsini təmsil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi