Modern.az

Azərbaycan gəncləri avropalı həmkarları ilə görüşdülər

Azərbaycan gəncləri avropalı həmkarları ilə görüşdülər

Aktual

6 Mart 2012, 17:28

Azərbaycan respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və “Avropa Hüquqşünas tələbələr assosiasiyası” (ELSA), “Azərbaycan hüquqşünasları konfederasiyası”nın təmsilçiləri avropalı gənclərlə görüş keçirib. Avropanın 12 ölkəsindən  gələn gənclər təşkilatların nümayəndələri ilə Azərbaycan gəncləri arasında keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib.

Görüşün keçirilməsində əsas məqsəd  Avropa və Azərbaycan gəncləri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları ilə tanışlıq xarakteri daşıyır.

Görüşdə ARGTMŞ-ın Beynəlxalq əlaqələr üzrə katibi Nail Abdulov, ELSA –ın İdarə Heyətinin üzvü və “Azərbaycan hüquqşünasları konfederasiyası”nı təmsil edən gənclər öz həmkarları ilə müxtəlif mövzularda müzakirələr aparıb. Avropalı gənclərin Azərbaycana tez-tez səfərlərinin təşkil edilməsi, o cümlədən ölkə gənclərinin də Avropaya inteqrasiyası məsələləri prioritet mövzulardan olub.

Görüşdə Azərbaycan gəncləri avropalı həmkarlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat veriblər. İşğal altında olan ərazilərdən 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin olması faktını diqqətə çatdırıblar.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı