Modern.az

Benzinin doğurduğu alov: İran etirazların öhdəsindən gələ biləcək?

Benzinin doğurduğu alov: İran etirazların öhdəsindən gələ biləcək?

19 Noyabr 2019, 14:16

İranda siyasi situasiya gərgin olaraq qalır. Hökumətin benzin qiymətlərini 15 min rialdan (0,09 dollar) 30 min riala çatdırması (0,2 dollar) kəskin etirazlara səbəb olub. Bundan başqa, avtomobil sahibləri üçün 60 litr, motosiklet sahibləri üçün isə 25 litr səviyyəsində müəyyən edilmiş güzəştli yanacaq isə 2 dəfə artırılaraq 15 min riala çatdırılıb.

 

İranın ali dini lideri ayətullah Əli Xameneyi benzinin bahalaşmasını “hakimiyyətin 3 qanadının düşünülmüş qərarı adlandırıb”.

Maraqlıdır ki, bu məsələdə İran rəsmiləri həmrəylik nümayiş etdirir. Ötən yay prezident Həsən Ruhanini iqtisadi problemlərə görə impiçment etməyi planlaşdıran ölkə parlamenti bu dəfə prezidentin tərəfindən durub.

İran hökumətinin rəsmisi Əli Rabi etiraz aksiyalarının bazar ertəsindən bəri azalmağa doğru getdiyini, yaxın 3 gün ərzində internetin verilişinin də bərpa olunacağını anons edib.

 

Amma Qərb KİV-i ölkənin bir çox şəhər və kəndlərində yolların bağlı olduğunu, etirazlarda 40-a qədər insanın öldüyünü yazır. Bundan başqa, minə qədər insan həbsə atıldığı da vurğulanıb.

Beynəlxalq Valyuta Fondu bu il İranın Ümumi Daxili Məhsul istehsalının 9,5% azaldığını və bunun 1984-cü ildən bəri ən pis göstərici olduğunu bildirib. Əsas səbəblər dünya bazarında neft qiymətlərinin ucuzlaşması və sanksiyaların tətbiq olunmasıdır. Gələn il iqtisadi düşüşün azalacağı, iqtisadi artımın 0%-ə çatacağı güman olunur. İnflasiyanın 35%-ə qalxdığı İslam respublikasında sabit maliyyə sisteminin yaranması üçün dünya bazarında neftin 1 bareli 195 dollara çatmalıdır.

 

“Orta təbəqənin alıcılıq qabiliyyəti aşağı düşüb, iranlı biznesmenlər işçilərinə get-gedə daha qısa müddətli əmək müqavilələri təklif edir. Bu isə insanlarda vahimə ab-havası yaradır. Əgər etirazlara orta təbəqə də qoşulsa, İrandakı proseslər nəzarətdən tam çıxacaq”-deyə “Reuters” agentliyi situasiyanı şərh edərkən yazıb.

Məsələni qalmaqallı edən məqam qiymət artımı və subsidiyaların ABŞ sanksiyaları ilə bağlı olmamasıdır. Tehran bu addıma Beynəlxlaql Valyuta Fondunun məsləhəti ilə gedib. 2010-cu ildə elektik enerjisi və çörəyin qiymətinin artırılması ilə bağlı hökumətin qərarı hazırda olduğu kimi etirazlar doğurmamışdı. Amma əhalinin bu dəfəki reaksiyası hökumət üçün də gözlənilməz olub.

 

Dəymiş zərərin ödənilməsi üçün İran hökuməti tədbirlər paketi hazırlayıb. Bu yardım orta və az təminatlı ailələr üçün nəzərdə tutulub. Subsidiyaların kəsilməsi, vergilərin artırılması və benzinin bahalaşması arasında qalan hökumət 3-cü varianta əl atdı. Amma benzinin ərzaq məhsullarına olan qiyməti qaldıracağı heç kəsdə şübhə doğurmur.

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi