Modern.az

Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!”

Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!”

Ədəbi̇yyat

19 Noyabr 2019, 17:09

Milli Məclis bu gün Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda müzakirəyə çıxarıb.  

Müzakirələr zamanı deputat Rafael Hüseynov Azərbaycanda işlənən “diaspor” sözü ilə bağlı təklif səsləndirib:


"“Diaspor" deyilən söz yoxdur, "diaspora" var. Bunu ruslar da, ingilislər də, digərləri də "diaspora" olaraq qeyd edirlər. Bəli, "diaspor" sözü var, amma o, kimyəvi elementlərlə məşğul olur. Odur ki, bu yanlışlığa son qopyulmalıdır. Medalın adında da, Dövlət Komitəsinin adında da bütün dünyanın qəbul etdiyi kimi, "diaspor" yox, "diaspora" yazılmalıdır”.

Deputat nə dərəcədə haqlıdır?

 

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İsmayıl Məmmədli mövzuyla bağlı Modern.az-a açıqlama verib.

 

O, Rəfael Hüseynovun yanaşmasının yanlış olduğunu bildirib:


“Niyə ki?! Biz “apteka” sözünü “aptek”, “teorema”nı “teorem” kimi işlətmirik?! Bu da eyni şeydir, “diaspora” sözü də “diaspor” olaraq işlənir. Bu bir növ qəlibdi, “fabrika”nı “fabrik” edirik. Rafael Hüseynov dilçi deyil, şərqşünasdır”.

 

İsmayıl Məmmədli bildirib ki, hər dilin özünəməxsus normaları var:

 

“Ola bilər ki, hər hansı söz müxtəlif dillərdə fərqli formada işlənsin, amma biz onu öz dilimizə uyğunlaşdırmalıyıq. Nazirlər Kabineti müəyyən normalar qəbul edir və müəyyən sözlər var ki, biz həmin sözlərin sonundakı “a”ları atırıq. Əslində bununla həmin sözlərin mənası dəyişmir, sadəcə, normaya uyğun olaraq dilimizə uyğunlaşdırırıq”.

 

Bakı Dövlət Universitetinin Dilçilik kafedrasının dosenti Zenfira Şahbazova bildirib ki, dildə sözlərin səslənməsinin tarixi və ənənəvi olmaqla iki forması var:

““Diaspor” sözü də dilimizə keçən gündən bu formada səslənir. Biz heç vaxt “diasora” sözü işləməmişik. Məsələn, “qruppa” sözünü “qrup” kimi dilimizə uyğunlaşdırmışıq. “Diasora” sözü yanlışdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar