Modern.az

Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI

Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI

20 Noyabr 2019, 12:51

“Dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərini müşahidə etmək üçün 15 beynəlxalq təşkilata müraciət ünvanlayıb”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

 

MSK sədrinin müavini deyib ki, Azərbaycanda keçirilən bütün seçkilərdə arzu edən beynəlxalq təşkilatların və xarici qurumların müşahidəçi qismində iştirakına şərait yaradılıb:

 

“Bu dəfə də bu addım atılıb. Amma bələdiyyə seçkiləri ilə bağlı bu sahədə bir spesifiklik var. Bunun özünəməxsusluğu ondadır ki, bələdiyyə seçkiləri yerli seçkilər olduğu üçün beynəlxalq təşkilatlar bunu müşahidə etməyə o qədər də böyük maraq göstərmir. Mərkəzi Seçki Komissiyası yerli seçkilərlə bağlı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət göndərilib, çünki bu qurum yerli özünüidarəetmə məsələlərinə diqqət göstərir. MSK həmçinin digər xarici ölkələrin seçki qurumlarına da müraciət ünvanlayıb. Belə qurumların sayı 15-dir. Hazırda işçi qaydada bizə müəyyən məlumatlar daxil olur. Bu proses səsvermə gününə 10 gün qalana qədər davam edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir