Modern.az

Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO

Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO

20 Noyabr 2019, 13:31

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisininin (QDİƏT PM) Baş Assambleyası işçi qrupunun, 61-ci Büro və daimi komitənin iclasları keçirilir.

 

Modern.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

 

Milli Məclisin deputatı, QDİƏT-in Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvi  Musa Quliyevi Bolqarıstan parlamentinin spikeri Sveta Karayanseva tərəfindən təşkilatda uzun illər səmərəli fəaliyyətinə görə "Şərəf" medalı ilə təltif edib.

 

Daimi Komitənin 54-cü iclası bu gün öz işinə başlayır. İki günlük 54-cü plenar iclasda cari ilin iyun ayında Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək.

 

Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar olan orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi diskussiyada Avropa Birliyi ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.

 

Baş Assambleyanın plenar iclaslarında iqtisadi, ticarət, texnoloji, ekoloji, hüquqi, siyasi, mədəniyyət, təhsil və sosial məsələlər diqqət mərkəzində olacaq. QDİƏT regionunda ikiqat vergiqoymanın aradan qaldırılması; nəqliyyat marşrutlarının inkişafının hüquqi və siyasi aspektləri; bölgədə işsizlik və yeni iş yerlərinin yaradılmasında dövlətlərin rolu mövzularına dair məruzələr dinləniləcək, müvafiq tövsiyə  qərarları qəbul ediləcək.

 

Milli Məclisin deputatları bütün müzakirələrdə yaxından iştirak edəcək, münasibətlərini bildirəcəklər.

 

Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM Sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlər həll olunacaq.

 

Səfər noyabrın 22-də başa çatacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi