Modern.az

Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ

Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ

20 Noyabr 2019, 14:30

2019-cu il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14211,3 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, onun 11563,1 milyon manatı uzunmüddətli kreditlər olub:

 

“Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib”.

 

Rəsmi məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il oktyabr ayının 1-nə 8605,3 milyon manat təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi