Modern.az

Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri...

Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri...

20 Noyabr 2019, 15:12

2019-cu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78,7 min nəfər olub.

Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onların 36,1 faizini qadınlar təşkil edib:

“İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub”.

Rəsmi məlumata görə, 2019-cu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yerləri açılıb:

“Bu dövrdə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 55,0 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların, o cümlədən 14,6 faizi Aran, 7,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 3,9 faizi Abşeron, 3,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 32 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə yaradılıb”.


DSK-dan verilən məlumatda həmçinin bildirilib ki, 2019-cu ilin doqquz ayı ərzində ölkədə 7,3 min iş yeri bağlanıb:

“Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...