Modern.az

Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub

Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub

Aktual

20 Noyabr 2019, 15:20

Noyabrın 20-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Goranboy rayonuna səfər edib.

 

Modern.az xəbər verir ki, Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonda yerləşən Qızılhacılı qəsəbə Dilbazi Qasımov adına 1 nömrəli, Qızılhacılı qəsəbə Mahir Dosuyev adına 2 nömrəli və Goranboy şəhəri 2 nömrəli tam orta məktəblərə baş çəkib. Nazir müavini qeyd olunan təhsil müəssisələrində pedaqoji kollektivlə görüşüb, sinif otaqları və onların tərtibatı barədə öz tövsiyələrini bildirib.

 

Nazir müavini Goranboy şəhəri 2 nömrəli tam orta məktəbdə rayonun qabaqcıl təhsil işçiləri və gənc müəllimləri ilə görüş keçirib. Məhəbbət Vəliyeva görüş zamanı təhsil sahəsində aparılan islahatlar barədə danışıb, təlim nailiyyətlərinin təkmilləşməsi ilə bağlı öz tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

 

Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.

 

Daha sonra nazir müavini Goranboy şəhəri İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada olub, gimnaziyanın şəraiti ilə tanış olub və pedaqoji kollektivi ilə görüşərək onlarla söhbət aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir