Modern.az

Təhsil hüququnun pozulmasına dair Obudsmana 180 şikayət daxil olub

Təhsil hüququnun pozulmasına dair Obudsmana 180 şikayət daxil olub

7 Mart 2012, 15:03

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova 2011-ci il üçün illik məruzəsində təhsillə bağlı olan şikayətlərdən də danışıb.

Təhsillə bağlı Ombudsmana müraciət olunan şikayətlər arasında ən çox qalmaqal yaradan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. Təhsil Nazirliyi tərəfindən ABU-nin lisenziyasının ləğv olunmasından sonra xeyli narazılıq yaranıb. Universiteti bitirmiş tələbələrə müvafiq ali təhsil  haqqında diplomun verilməməsi və tələbələrin təhsillərini davam etdirməsi ilə bağlı uzun sürən qeyri-müəyyən vəziyyət xüsusi narahatçılıq doğurub. Həmin universitet tərəfindən yolverilən ciddi qanun pozuntusu müxtəlif illərdə bir çox tələbələrin TQDK-dan kənar qəbul olunması ilə bağlı olub. Buna baxmayaraq qeyd olunan qanunsuzluqlara ciddi yanaşılmayıb və bir çox vətəndaşların təhsil hüququnun davamlı olaraq pozlmasından sonra lisenziya geri alınıb.

Bundan başqa,2011-ci ildə orta məktəblərdəndə şikayət olunub. Təhsil hüququnun pozulması ilə bağlı Obudsmana 180 şikayət qəbul olub. Hər bir şikayət üzrə araşdırma aparılıb və zəruri hallarda monitorinqlər həyata keçirilib. Şikayətlərin təhlili göstərib ki, bir sıra məktəblərdə müəllim və şagird münasibətləri lazımi səviyyədə tənzimlənməyib, bir sıra müəllimlər isə yeni nəslin inkişafı və tərbiyəsi sahəsində öz məsuliyyətlərinə hələ də yetərincə dərk etmirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı