Modern.az

Bakıda ana və iki azyaşlı uşağı dəm qazından ZƏHƏRLƏNDİ

Bakıda ana və iki azyaşlı uşağı dəm qazından ZƏHƏRLƏNDİ

21 Noyabr 2019, 09:44

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, mənzil 30-da baş verib.

Rəsmi məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə gecə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi