Modern.az

Lerikdə qazlaşdırma hansı səviyyədədir? - 12 min abonentdən cəmi...

Lerikdə qazlaşdırma hansı səviyyədədir? - 12 min abonentdən cəmi...

21 Noyabr 2019, 14:02

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən son zamanlar belə xəbərlərə tez-tez rastlaşırıq: “Daha bir kəndə qaz verildi”. 

Mətbuatda bu cür məlumatlar tez-tez gözə dəysə də, apardığımız müşahidələr və bizə gələn müraciətlər, şikayət məktubları göstərir ki, hələ də ölkədə qazlaşmayan kəndlər, yaşayış massivləri mövcüddür.

Hətta bu yaxınlarda Milli Məclisin plenar iclasında çıxış edən vitse-spiker Valeh Ələsgərov bir sıra faktlar səsləndirib. Vitse-spiker bildirib ki, bir neçə rayonda, o cümlədən Şəmkir və Samuxda bir neçə kəndin qazlaşdırımasında problemlər var.

 

Modern.az məsələnin aktuallığını nəzərə alaraq, aidiyyati qurumlara bu problemin nə vaxt həll olunması ilə bağlı müraciət edib. Əməkdaşımız öncə Azərbaycanın dağ rayonlarından olan Lerikin qazlaşdırılması ilə maraqlanıb.

 

“Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, rayonda qazlaşdırılma prossesi davam edir:

“2006-cı ildə cənab Prezidentimizin tapşırığına əsasən ilk dəfə kəndlərimizin birinə qaz çəkilib. Hal-hazırda 162 yaşayış məntəqəsindən 53-ü qazlaşdırlıb. Digər yaşayış məntəqələrinin də qazlaşdırılması ilə əlaqədar biz müvafiq sənədləri hazırlayıb həm Prezident Adminstrasiyasına, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, həm də “Azəriqaz”a müraciət etmişik. Ümumilikdə bizim 12 mindən çox abonentimiz var, onlardan cəmi 4900-ü qazlaşdırlıb”.

 

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib ki, bu il ərzində 92 yaşayış məntəqəsində və massivində qazlaşdırma prossesi dövlət proqramına əsasən həyata keçirilməlidir.

“Məntəqə deyəndə bura kənd və qəsəbələr, massivlərə isə həmin kəndlərin, hətta şəhər içində yeni salınan ərazilər aiddir. Bakıda isə 22 massivin qazlaşdırılması nəzərdə tutulub. Paytaxtda yalnız massiv nəzərə alınıb. Həmin 92 məntəqə və massivdən 66-sı açılıb. Dünən Qubada 6 kənddə əhaliyə qaz verilib”.

 

Ceyhun Səfərov qeyd edib ki, Lerikdə bu yaxınlarda bəzi kəndlərdə qazlaşdırma prossesi tamamlandı və açılışı oldu:

“Məsələn, Lerikin Cəngəvud kəndində bu yaxınlarda qazlaşdırmanın tamamlanması ilə bağlı açılış oldu. Hətta qeyd edim ki, Cəngəvud kəndinə qaz çəkilməsi proqramda yox idi, lakin yerli əhalinin Prezident Adminstrasiyasına müraciəti ilə məsələ həll olundu. Qazlaşdırma prossesi ümumilikdə 96 faizə yaxınlaşır. Qeyd etmək lazımdır ki, qaz çəkilişi heç də asan başa gəlmir. Bu təkcə relyefə görə yox, həm də maddi cəhətdən baha başa gəlir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi