Modern.az

Azərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi təqdim etdi - FOTOLAR

Azərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi təqdim etdi - FOTOLAR

22 Noyabr 2019, 12:40

Ankarada fəaliyyət göstərən Xarici səfirlərin xanımları dərnəyinin (SHOM) təmsilçiləri Azərbaycan səfirliyində “Azərbaycanda çay mədəniyyəti” təqdimatında bir araya gəliblər.

Modern.az-ın məlumatına görə, əvvəlcə qonaqlar məhşur bəstəkar mahnılarını çox böyük maraqla dinləyiblər. Pianoçu Nailə Əhmədova və skripkacı Huseynəli Huseynəliyevin ifasında Tofiq Quliyevin “Bakı haqqında mahnı”, “Görüş filmindən vals”, “Dəniz kənarında görüş”, “Sevgi valsı” və Arif Məlikovun “Komdenin arzuları” əsərlərini dinləyən səfir xanımları Azərbaycan musiqisinə heyranlıqlarını bildiriblər.

Daha sonra səfir Xəzər İbrahimin xanımı Zümrüd İbrahim qonaqlara “Azərbaycanda çay mədəniyyəti” mövzusunda təqdimat edib.

Z.İbrahim Azərbaycanda çay süfrəsinin əsrlər boyu bir tarixə malik olduğunu və mədəniyyətimizdə böyük önəm daşıdığını, milli adət-ənənələrimizin rəmzlərindən olduğunu bildirib.

“Azərbaycanda çay digər xalqlarda olduğu kimi şirin içilmir. Qonaqlara şirin çay yalnız qız istəməyə gələn elçilərə “həri” zamanı verilir. Azərbaycan çayının tərkibi ağır metalların dərəcəsi az olmasına görə digər ölkələrin çayları ilə müqayisədə daha yüngüldür və qonaqlara xüsusi armudu stəkanlarda təqdim edilir. Çay Azərbaycanda qonaqpərvərliyin, qonağa verilən dəyərin bir rəmzidir. Çay süfrəsi dost-tanışların bir araya gəlməsi, üz-üzə oturub danışmaq üçün bir fürsətdir”, – Zümrüd İbrahimin çıxışında söylədiyi bu məlumatlar xarici qonaqların böyük marağına səbəb olub.

Daha sonra səfir xanımları Azərbaycan çayı, milli şirniyyatları və mürəbbələri ilə bəzədilmiş çay süfrəsi ətrafinda fikir mübadiləsi aparıblar. Səfir xanımlarına qoz, feyxoa, gilas, nar, qızılgülgül, gilənardan hazırlanmış mürəbbələr, qoğal, şəkərbura, badambura, Qarabağ kətəsi, şirin qoğal kimi milli təamlarımız təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı